"Dindar" qadın insanların inancından istifadə edib 3 milyard qazandı

19:57 01-04-2019 | icon 538 | Maraqlı
"Dindar" qadın insanların inancından istifadə edib 3 milyard qazandı

Tereza ananın həyatını büsbütün Allaha xidmət kimi qələmə verir, onu XX əsrin ən məşhur və nüfuzlu qadınlarından biri adlandırırlar. O, öz əməllərinə görə, bir çox müxtəlif mükafatlar alıb, 2016-ci ildə isə Roma Papası Fransisk Tereza ananı müqəddəs kimi təsdiq edib. Amma inadla ortaya çıxan müxtəlif faktlar ona olan ümumi məhəbbətə kölgə saldı.

Milli.Az milyonların inandığı rahibənin yaratdığı obrazla əsl kimliyi arasında ziddiyyətli palalellər təşkil edən araşdımanı oxuculara təqdim edir:

Əsl adı Aqnes Qodja Boyadjiu olan Tereza Ana isti yay ayında, 1910-cu ildə Albaniyada anadan olub.
Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı.

17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın "Loreto Bacıları" adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü. Sonradan müəyyən missiya ilə görəvləndirilərək Hindistanın Kəlküt şəhərinə yola salındı.

Əvvəlcə Tereza ana Müqəddəs Məryəm katolik məktəbində işləyir, sonra isə ona vəhylər "gəlməyə başlayır". Onun sözlərinə görə, ona İsa Məsih yaxınlaşaraq, zahiri ibadət libasını çıxarmağı, əvəzində "sari" (hind geyimi) geyinməyi və yoxsullara xidmət etməyi əmr edib.

Tereza ananın iştirakçısı olduğu katolik missiyanı heyrətamiz şəkildə yerli hakimiyyət də dəstəklədi.

1969-ci ildə Tereza ananın ümumdünya şöhrətinə televiziya təkan verdi. BBC kanalının jurnalisti Malkolm Maqqeric "Tanrı üçün çox gözəl bir şey" adlı film çəkdi, hansı ki, rahibənin əməlləri möcüzə kimi təsvir olunurdu. Çəkiliş zamanı "allahın xeyir-duası, məsləhəti ilə" otaqda işıqdan istifadə etmirdilər. Hətta Maqqericlə birlikdə işləyən operator iddia edirdi ki, çəkiliş zamanı qaranlıqda çəkməyə imkan verən innovativ plyonka sayılan Kodakdan istifadə olunub. Lakin insanlar özləri də elmi tərəqqidən fərqli olaraq, möcüzələrə inanmağı daha çox istəyirdilər.

Lakin bütün bu böyük "bal çəlləyində" inanılmaz şübhəli məqamlar ortaya çıxdı. Bir müddət bu təşkilatın nümayəndəliyində işləmiş Meri Laudonun sənədli filmində heç də ideal yardımlardan söhbət getmir. Onun sözlərinə və çoxsaylı yoxlamaların nəticələrinə görə, insanlar "Ölməkdə olanların evi"ndə dəhşətli vəziyyətdə saxlanılırdılar: onların başını keçəl qırxır, taxta çarpayılarda yatırırdılar. Amma ən dəhşətlisi odur ki, onlara praktiki olaraq heç bir tibbi yardım göstərilmirdi. Dərmanlardan yalnız aspirin verirdilər, vurulan iynələri isə adi suda yuyur və dəfələrlə istifadə edirdilər.

 

Bir dəfə "Evə" böyrək nahiyəsindəki ağrılarla bir oğlan uşağı düşür. Onun vəziyyəti günü-gündən pisləşirdi. Meri Laudon dərhal rahibələrə uşağa antibiotiklər və yüksək səviyyəli tibbi yardım göstərməyi təklif edir. Ona deyirlər ki, bu halda onlar gərək hamı ilə eyni cür davransınlar. Tereza ananın sözlərinə görə, şəfa ilk növbədə inamdan irəli gəlməlidir...

Film öz bəhrəsini verdi, və təşkilat 100-dən çox ölkədə nümayəndəliklərini açdı. "Ölməkdə olanları evi"ndə evsiz, ağır xəstə olan insanlara yardım edirdilər. Bir çox xeyriyyə təşkilatları fədakar zərif qadının fəaliyyətindən cuşa gələrək bu təşkilata ianələr bağışlayır, böyük vəsaitlər köçürürdülər.

Rahibə özü taxtada uzanan xəstədən katolisizmi qəbul etməyini istəyirdi. Onların alnına yaş əsgi qoyur, dua edərək gözləyirdilər. Əgər insan özünü yaxşı hiss etməyə başlayarsa, o zaman bunu ecazkar şəfa elan edirdilər. Yox, əgər xəstə dünyasını dəyişərdisə, deməli, Allaha imanı tam şəkildə deyildi...

Qeyd edək ki, Tereza ananın Vatikandan güclü dəstəyi var idi. Axı o, katolik postulatlarını yayırdı. Bir neçə onillik dövrdə təşkilatın "xeyriyyəçilik" işlərinə külli miqdarda pullar, ianələr və mükafatlar yığılırdı. Hesab edilirdi ki, bütün bu vəsaitlər əziyyət çəkən və ehtiyacı olan insanlara xərclənir.

Yalnız 1980-ci illərin axırı, 1990-ci illərin əvvəllərində yazılı mətbuatda və televiziyada xeyriyyə təşkilatının əsl üzünü, fəaliyyətini obyektiv əks etdirən materiallar daha tez-tez görünməyə başlandı. 1993-cü ildə Hindistanın əyalətlərinin birində baş vermiş güclü zəlzələ 8 min insanın ölümünə səbəb olur. Bir neçə 100 min insan isə evsiz-eşiksiz qalır. Tereza ana ora gedərək, öz təəssüfünü bildirir, zərərçəkmişlərlə şəkil çəkdirir. Yeri gəlmişkən, onun təşkilatı evsiz qalmış vətəndaşlara 1 sent belə yardım etmir və zərərçəkənlərə kömək məqsədilə bir rahibə də olsa göndərilmir.

Tereza ananın fəaliyyətini Hindistanın baş naziri İndira Qandi də dəstəkləyirdi. Məhz buna görə də, "Missioner sevgi bacıları"nın maliyyə hesablarına bir neçə onillikdə heç kim nəzarət etmirdi. 1991-ci ildə isə təşkilatın maliyyə məsələlərilə bağlı böyük qalmaqal yaranır. Nüfuzlu alman nəşri "Stern" ianələrlə bağlı sənədləri araşdırmağa başlayır. Məlum olur ki, real insanların müalicəsi üçün vəsaitlərin yalnız 7%-i xərclənib, qalan pullar Vatikannın bank hesablarına köçürülüb. 1990-cı illərdə də "Ev"lərin vəziyyəti 1950-ci illərdə olduğu kimi eyni idi - heç kəs bu yurdları modernləşdirmək fikrində deyildi. Və əvvəlki kimi bədənin xilasının yalnız ruhun, duanın köməyində olduğunu təbliğ edirdilər.

1998-ci ildə Hindistanda sosial təşkilatların xeyriyyəçilik fəaliyyətinin reytinqi dərc edilib. Tereza ananın təşkilatı ilk 200-ə belə düşməyib. Rahibə Nobel mükafatını alanda, bütün dünyaya açıq-aydın bəyan etmişdi ki, onun təşkilatı Kəlkütdə 36 min vətəndaşa yardım göstərib, lakin gələcək araşdırmalar göstərib ki, onların sayı 700-dən çox deyildi.

Tereza ananın vəfatından sonra Vatikan məşhur rahibəni müqəddəs elan etməli idi ki, bütün etdikləri iyrəncliklər ört-basdır olunsun. Müqəddəs elan olunmanın şərtlərindən ən əsası insanın möcüzə göstərməsidir. Nəzərə alsaq ki, Tereza ananın möcüzəsindən söhbət belə gedə bilməzdi, Vatikanda rahibə üçün yenə də "möcüzə" tapırlar. Hindistanlı Monika Besra adlı xanımda xərçəng diaqnozu təyin edilir. Tibb bacısı xəstənin yaralı yerinə Tereza ananın toxunduğu bildirilən ikonanı qoyur. Bir neçə saat sonra xəstəlikdən əsər-əlamət qalmır. Bu hadisə rahibənin ölümündən düz bir il sonra sonra baş verib.

Bu, həqiqətən də möcüzə kimi görünürdü, o vaxta qədər ki, "sağaldılan"ın əri ailədaxili qalmaqaldan sonra qəzetçilərə etiraf etmişdi ki, Monikada xərçəng deyil, yumurtalıq şişi diaqnozu təyin edilmişdi. Üstəlik, onun müalicəsi haqqında tibbi sənədləri də mətbuata sübut kimi təqdim etmişdi. İnsidentdən sonra Vatikan "müqəddəs elan etməni" təxirə salası oldu. Yalnız 2016-cı ildə Tereza ana müqəddəs elan olunur. Onun fəaliyyəti sadə hesablamalara görə, Vatikana 3 milyard dollardan artıq gəlir gətirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin