Bu tələbələrə pul mükafatı verilib

13:47 03-04-2019 | icon 632 | Təhsil
Bu tələbələrə pul mükafatı verilib

Rektor həmin tələbələrin ailələrinə təşəkkür məktubu göndərib

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova həm bakalavr, həm magistr səviyyəsində 2018-2019-cu tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı və zərbəçi tələbələrlə görüşüb. Görüşdə AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. 


Versus.Az-ın məlumatına görə, rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında daha böyük uğurlar arzulayıb. Rəhbərlik etdiyi universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən, aparılan islahatlardan danışan G.Məmmədova tələbələrin motivasiyasını artırmaq üçün belə tədbirlərin davamlı olacağını bildirib. O, çıxışında qeyd edib ki, əlaçı tələbələrə Fəxri fərmanlar təqdim etməklə yanaşı, onların ailələrinə, valideynlərinə də təşəkkür məktubu göndəriləcək. Eyni zamanda rektor qeyd edib ki, əlaçı tələbələrin hər birinə 150 manat, zərbəçilərə isə 100 manat məbləğində pul mükafatları veriləcək. 


Təbriklərdən sonra Fəxri Fərman və diplomların verilməsi mərasimi başlayıb. Rektor Gülçöhrə Məmmədova, Tədris işləri üzrə prorektor Akif Qasımov, fakültə dekanları və Magistratura Mərkəzinin rəhbəri əlaçı və zərbəçi tələbələri təbrik edib, mükafatlarını veriblər.

 

Məlumat üçün qeyd edək ki, payız semestrində AzMİU-nun bakalavr və magistr səviyyəsi üzrə əlaçı tələbələrinin sayı 30, zərbəçilərin sayı 25 olub.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı