“Türkiyənin “erməni soyqırımı” ittihamı ilə üz-üz qalması ilə bağlıdır”

18:23 25-02-2018 | icon 744 | Siyasət
“Türkiyənin “erməni soyqırımı” ittihamı ilə üz-üz qalması ilə bağlıdır”

Fevralın 25-26-da erməni faşistlərinin Xocalıda törətdiyi soyqırımdan 26 il keçir. Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır.
Hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyədə qətliam kimi tanıyıb. Qardaş Türkiyə “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində silsilə anım mərasimləri keçirməklə bizi dəstəkləyir. 
Bəs, Türkiyə parlamentinin Xocalı faciəsini soyqırım kimi tanımasına maneə yaradan səbəblər nədir?
Versus.Az Fuad Əliyevin vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışıb.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri, prezidentliyə namizəd Fuad Əliyev bildirib ki, Türkiyə dövləti Xocalı faciəsini rəsmi soyqırım kimi tanımasa da, hər il faciə ilə bağlı geniş anım proqramları təşkil edir. F.Əliyev hesab edir ki, Xocalı soyqırımına Türkiyə Böyük Millət Məclisi səviyyəsində qiymət verilməməsi Türkiyənin “erməni soyqırımı” ittihamı ilə üz-üz qalması ilə bağlıdır:

“Rəsmi Ankara bəyan edib ki, soyqırımı araşdırmaq və ona qiymət vermək siyasilərin yox, tarixçilərin işidir. Əgər Türkiyə Xocalı faciəsini soyqırım kimi tanıyarsa ermənilər bütün beynəlxalq ictimaiyyəti ayağa qaldıra biləcəklər. Bu gün onsuz da Türkiyə Qərbin hədəfindədir. Ona görə də bu məsələyə bir az geniş formada baxılmalıdır”.

F.Əliyev Xocalı soyqırımla bağlı Türkiyəda çox işlərin görüldüyünü önə çəkib:
“Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, çoxsaylı nəşrlər işıq üzü görüb. Bu, dolayısı ilə Türkiyənin soyqırımı tanıması deməkdir. Bütün hallarda qardaş ölkənin Xocalı soyqırımını rəsmi tanıması Azərbaycan üçün böyük dəstək ola bilər. Düşünürəm ki, hər iki dövlət Xocalı soyqırımını tanıtmaq üçün birgə səylər göstərəcəklər”.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı