““Təhsil almaq hüququ hər kəsə aiddir"

17:49 03-04-2019 | icon 461 | Təhsil
““Təhsil almaq hüququ hər kəsə aiddir"

"Xarici universitetlərə yalnız attestatla qəbulu heç cür əngəlləmək olmaz”

Versus.Az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə yalnız attestatla qəbul şansı olarsa gənclərin dəyərləndirməyi normaldır:

 

“Təhsil almaq hüququ  hər kəsə aiddir. Məhz  ona görə də xarici universitetlərə yalnız attestatla qəbulu hər hansı şəkildə əngəlləmək doğru deyil.  Gənclər xarici ölkə universitetlərində yalnız attestatla keyfiyyətli təhsil ala bilməyəcəklərsə,  orada oxumağın heç bir mənası yoxdur.  Xarici  ali məktəblərə yalnız attestatla qəbul şansı olarsa gənclərin dəyərləndirməyi normaldır. Çünki, onların öz canı, pulu və əziyyətidir. Məhz ona görə də həmin gənclərə mane olmaq olmaz...  Hər kəs Azərbaycan təhsilinə nəsə  qazandırmağa  borclu deyil ki...   Sadəcə, tənqid edə bilərik ki, bu doğru addım deyil”.  

Fazil Mustafanın sözlərinə görə, xarici  universitetlərə yalnız attestatla qəbul olmaq gənclərin hüququdursa, təhsil də ala bilərlər:   

“Xarici universitetlərdə  oxumaq istəyən gənclər var ki, attestatla da özünü təhsil almağa hazır hesab edir.

Azərbaycanda ali məktəbə qəbul imtahanından uğurla keçə bilməyənlər   xarici universitetlərdə müvəffəqiyyətlə oxuya da bilər. Özünə güvənən gənclər   əcnəbi ölkələrin universitetlərinə qəbul imtahanı verərək təhsil ala bilir.

Amma  Azərbaycanda ali məktəbə qəbul imtahanından uğurla keçə bilməyənləri də qınamaq olmaz. Onu da bildirim ki, xarici universitetlərə yalnız attestatla qəbulun heç bir çətinliyi  yoxdur.  Əlavə olaraq qeyd edim ki, yalnız attestatla təhsil alanların savadı olacaqsa  iş taparaq çalışa biləcəklər. Amma savadı olmayan gənclər iş tapıb, çalışa da bilməyəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür