Özbəkistanda beynəlxalq festival keçiriləcək

13:09 04-04-2019 | icon 708 | Dünya
Özbəkistanda beynəlxalq festival keçiriləcək

Müsabiqə qaliblərinə diplom, mükafat və pul mükafatı veriləcək

 

 

Özbəkistanda beynəlxalq festival keçiriləcək.

 

QƏDİM TERMEZ şəhərində Тürk xalqları, eləcə də, özbək xalq dastanlarında özbək xalqının zəngin və qədimi ənənələri cəmlənib, onların özünə məxsus oxunması neçə əsrlərdən bəri insanlara xoşbəxtlik vermiş, mənəvi xəzinənin əvəz olunmaz dəyəri olaraq sevilib. Aşıq şairlər, ozanlar insanlara yaxşılıq və mərifət paylayan, gəncləri Vətənə sevgi, mərdlik və halallıq ruhunda böyüdən insanlar olaraq görülüb.

 

Versus.Az-ın məlumatına görə, belə dəyərləri qorumaq, onları dünyaya tanıtmaq məqsədilə Özbəkistan Respublikası Prezidenti Şövkət Mirziyayevin 2018-ci ilin noyabrın 1-də "Beynəlxalq aşıqlıq sənəti festivalını keçirmək barəsində sərəncam imzalatıb. Bu sərəncamdan aşıqlıq sənəti inkişaf etmiş qardaş xalqlarımızın da sevindiyi şübhəsizdir.

 

Beynəlxalq aşıqlıq sənəti festivalı birinci dəfə Surxandərya vilayətinin mərkəzi – ölkə cənubu Termez şəhərində həyata keçırdi.

 

Aprelin 5-dən 10-dək Termez şəhərində gerçəkləştiriləcək Beynəlxalq aşıqlıq sənəti festivalını UNESCO həmkarlığında keçirmək barəsində UNESCO Baş direktorunun razılıq məktubu alınıb. Festivala UNESCO və İSESKO (təhsil məsələləri üzrə islam təşkilatı) bəynəlxalq təşkilatları, habelə, Əfqanıstan, Türkiyə, Tacikistan, Qüvəyt və başqa ölkələrdən fəxri qonaqların gəlməsi gözlənilir.

 

Festivalda 80-dən artıq ölkədən 300-ə yaxın iştirakçının siyahısı heyət üzvləri tərəfindən seçilib. Heyət üzvlərinin qərarına əsasən 20 ölkədən 57 aşıq, 12 ölkədən 25 konferensiya iştirakçısı, 41 ölkədən 43 qonaq, 20 ölkədən 43 mətbuat işçisinin dəvət edilməsi üzərə qərar verilib.

 

Festivalda Özbəkistan, Qazağıstan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Çin, Cənubi Koreya, İran, Serbiya, Türkiyə, Bolqarıstan, Belçika, Başqırdıstan və Xakasiya və başqa ölkələrdən istedadlı aşıq və dastan oxucularının iştirakı gözlənilir.

Bu festivala 86 dövlətdən xarici iştirakçılar dəvət edilib. Musabiqə qaliblərinə Təşkilatçılar tərəfindən diplom, mükafat və pul mükafatı veriləcək. İştirakçılar "Ən yaxşı aşıqlıq sənəti iştirakçısı”, "Tamaşaçıların rəğbətini qazanan ən yaxşı iştirakçı”, "Ən yaxşı çalğı ustası” kimi nominasiyaların pul mükafatı və məxsus diplomları ilə təltif olunacaq. Habelə festival dairəsində "Aşıqlıq sənətinin dünya mədəniyətinın sivilizasiyasındakı yeri” mövzusundə beynəlxalq elmi konfransiya keçiriləcək. Onda dünyanın 20 dən çox ölkələrindən gələn alim və mütəxəssislər iştirak edəcək.

Abid Şafiyev
/"Теrmez universiteti” qəzetinin baş redaktoru/
(Özbəkcədən tərcümə: Şahista Kamranlı)

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI