Rusiyaya qarşı çox sərt sanksiyalar gəlir

14:55 04-04-2019 | icon 457 | Dünya
Rusiyaya qarşı çox sərt sanksiyalar gəlir

 

ABŞ senatında respublikaçılarla demokratların nümayəndələri birlikdə Rusiyaya qarşı ABŞ-dakı seçkilərə güman edilən müdaxiləyə cavab olaraq yeni məhdudiyyətlər paketi hazırlayıblar.

“Deter Act” kimi məşhur olan qanun layihəsinin məqsədi “ABŞ-da seçkilərə xarici müdaxilənin yolverilməzliyi”dir. Bu, aprelin 3-də dərc edilmiş sənəddən bəlli olur.

Versus.az virtualaz-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə istinadən bildirir ki, qanun layihəsi Rusiyanı Çin, İran, Şimali Koreya və senatorların fikrincə, ABŞ-dakı seçkilərə təsir etmək istəyən digər ölkələrlə eyni sıraya qoyur. Lakin Rusiyaya qarşı sanksiyalara sənədin xeyli böyük hissəsi həsr olunub.

Düzəlişlərə əsasən, ABŞ konkret banklara və energetika şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edə bilər. Zərbə altına “Sberbank”, VTB, “Qazprombank”, VEB (“Vneşekonombank”), “Rosselxozbank”, həmçinin “Qazprom”, “Rosneft” və “Lukoil” düşə bilər. Layihədə həmçinin Rusiya ilə əlaqəli dağ-mədən, kosmik və digər sahə müəssisələri qeyd olunur ki, onların adları çəkilmir.

Bundan əlavə, amerikalılar Rusiya suveren borcu, dövlət istiqrazları və Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərin borc öhdəliklərinin ABŞ yurisdiksiyası altına düşən tranzaksiyalarını məhdudlaşdırmaq niyyətindədirlər. Bundan əlavə, şəxsi sanksiyalar altına düşmüş “yüksək vəzifəli rusiyalı siyasi fiqurların və top-menecerlərin” aktivlərinin bloklanması və dondurulması tətbiq olunacaq. Mülkiyyətin müsadirəsi haqqında bu dəfə söhbət getmir.

Sənəddə xüsusi olaraq ABŞ prezidenti Donald Trampın administrasiyasına bundan sonra seçkilərə müdaxiləyə qarşı müdafiə strategiyasının hazırlanması tələbi ilə müraciət qeydə alınıb.

Lakin sənəddə sanksiyaların dayandırılması da nəzərdə tutulur. “Minimum iki prezident seçkiləri dövrü” ərzində kəşfiyyat, FTB və Milli Təhlükəsizlik Agentliyi seçki prosesinə müdaxilənin olmamasını aşkar etsələr, prezident sanksiyaları qüvvədən düşmüş elan edəı bilər. Bundan başqa, hakimiyyətdə “etibarlı inam” olmalıdır ki, gələcəkdə bu cür hallar təkrarlanmayacaq. Həmçinin qeyd olunur ki, sanksiya təzyiqi Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində tətbiq olunmalıdır.

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”