“Rusların hücumunu ancaq nüvə zərbəsi ilə dayandırmaq olar, belə plan var...” - Polşa ordusunun generalı

15:22 04-04-2019 | icon 367 | Dünya
“Rusların hücumunu ancaq nüvə zərbəsi ilə dayandırmaq olar, belə plan var...” - Polşa ordusunun generalı

 

"Əgər Rusiya Qərb ölkələrinə hücum etsə, NATO ona qarşı nüvə silahlı istifadə etməli olacaq".

Versus.Az virtualaz.org -az-a istinadən xəbər verir ki, bu barədə Polşa ordusunun generalı Valdemar Skşipçak bildirib.

General polyak KİV-lərindən birinə müsahibəsində deyib ki, Polşa cəbhəyanı dövlətdir və Rusiya təhdidləri qarşısında NATO-nun birinci hüdudları arasındadır. Onun sözlərinə görə, müharibə olsa Polşa təkbaşına Rusiyanı dayandıra bilməz.

Skşipçak deyib ki, NATO-nun son vaxtlar Baltik regionunda və Polşada yerləşdirdiyi əlavə qüvvələr də rusları dayandırmaq üçün kifayət deyil. Müttəfiqlərə isə köməyə yetişmək üçün bir neçə həftə lazım olacaq, o vaxta qədər isə ruslar Polşanı tutardı. 

 

General alyansın qüvvələrini zəifləmiş və qeyri-effektiv adlandırıb. Misal kimi Krımın ilhaqını göstərib. “Qərarlar həddən artıq gec qəbul olunur...NATO yuxudan oyanana qədər Krım və Ukraynanın şərqi artıq Putinin əlində idi”-polyak general haqlı olaraq bildirib.

General bildirib ki, Soyuq müharibə dövründə amerikalılar Qırmızı ordunun Polşaya hücumunu nüvə zərbələri ilə dayandırmağı planlaşdırırdılar. Və belə plan Rusiyanın mümkün təcavüzü qarşısında bu gün də qüvvədə qalır. Skşipçak qeyd edib ki, hərçənd bu ssenari Polşa üçün qəbuledilən deyil. “Lakin müharibə başlasa heç kim bizim mövqeyimizi soruşmayacaq. Və biz yerləşdiyimiz coğrafi məkanı dəyişdirə bilmərik”-o bildirib.

Polyak generalın fikrincə mümkün Rusiya təcavüzü barədə təhlükə təkcə indiki Rusiya ilə əlaqəli deyil, bu təhlükə Vladimir Putinin prezidentliyinin başa çatmasından sonra da qüvvədə qalacaq.

 
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol