Aprelin 17-də SOCAR İstiqrazlarının növbəti faiz ödənişi baş tutacaq

16:44 04-04-2019 | icon 486 | İqtisadiyyat
Aprelin 17-də SOCAR İstiqrazlarının növbəti faiz ödənişi baş tutacaq

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, 17 aprel tarixində SOCAR İstiqrazları üzrə 2019-cu ilin  ikinci faiz ödənişi həyata keçiriləcək. Hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüləcəyi bildirilib.

SOCAR İstiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 10-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlmiş olacaq.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 110-dan çox, ümumilikdə isə 1700 əqd bağlanıb.

1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış olacaq və müddətin sonunda isə istiqraz sahiblərinin ümumi gəliri 25 milyon dollar təşkil edəcəkdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…