Məhəmməd Cavad Zərif: "İran heç vaxt avropalılara ümid bağlamayıb"

18:00 04-04-2019 | icon 770 | Dünya
Məhəmməd Cavad Zərif: "İran heç vaxt avropalılara ümid bağlamayıb"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniya, Fransa və Böyük Britaniyanın İranın raket proqramı ilə bağlı BMT-yə ünvanladıqları məktuba reaksiya verib.

Versus.Az ona-ya istinadən xəbər verir ki, M.C. Zərif bu barədə “twitter” səhifəsində yazıb. Bir neçə gün öncə ABŞ-ın İrana qarşı sanksiyalarını “iqtisadi terror” adlandıran nazir yazıb ki, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasından bir il ötsə də Avropa ölkələri bu müddət ərzində ABŞ-ın iqtisadi terrorunu sual altına alacaq iradə göstərməyiblər: “3 Avropa ölkəsinin humanitar yardımlarla bağlı vahid bank kanalı yaratmağa belə gücü çatmır. Onlar Donald Trampı sakitləşdirmək əvəzinə, İranın müdafiə potensialı ilə bağlı BMT-yə təzyiq göstərirlər”.

Həmçinin “Khamenei.ir” saytına müsahibə verən xarici işlər naziri bildirib ki, İran heç vaxt avropalılara ümid bağlamayıb və son bir neçə ildə ən çoxu səfərləri İranın ənənəvi tərəfdaşları olan qonşu ölkələrə, Rusiya, Çin, Türkiyə və İraqa edib.
Qeyd edək ki, 3 Avropa ölkəsi BMT baş katibinə məktub ünvanlayaraq İranın raket proqramına görə narahatlıqlarını ifadə edib və bunu regionda yeni gərginliklərin yaranması üçün səbəb göstəriblər.

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol