İlham Əliyevdən İrəvanı təşvişə salan MÜHARİBƏ XƏBƏRDARLIĞI:

18:17 04-04-2019 | icon 429 | Qarabağ
İlham Əliyevdən İrəvanı təşvişə salan MÜHARİBƏ XƏBƏRDARLIĞI:

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşündən sonra baş verənlər İrəvanda narahatlıq yaradıb.

 
Versus.Az xəbər verir ki, Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyana zəng edərək, Qarabağ müzakirələri haqda danışdı.
 
Aprelin 1-də Putin Prezident İlham Əliyevə telefonla zəng edib və ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi haqda da müzakirələr aparıb.
 
Putinin bu zəngləri Rusiyanın Qarabağ münaqişəsində tutduğu mövqe baxımından təəccüblü deyil.
 
Lakin Ermənistanı qorxuya salan Azərbaycan Prezidentinin aprelin 2-də verdiyi bəyanatdır.
 
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsini ziyarət edən Ali Baş Komandan bəyan etdi ki, "Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb”.
 
Erməni şərhçi Naira Ayrumyan iddia edir ki, Azərbaycan müharibəyə hazırlaşır.
 
"Azərbaycan Prezidenti son bəyanatı ilə müharibənin ikinci mərhələsini elan etmiş oldu. Bəs Ermənistan nə edir, biz sülh nizamlanmasına davam edəcəyikmi, yoxsa məğlubiyyətdən qaçmaq üçün indidən hazırlaşacağıq?”, - deyə erməni şərhçi Ermənistan hakimiyyətini müharibəyə hazırlaşmağa çağırıb.
 
N.Ayrumyan Rusiya prezidentinin Bakı və İrəvana zənglərindən də bəhs edib.
 
Onun iddiasına görə, Rusiya münaqişə ilə bağlı təşəbbüsü əldən verə biləcəyindən narahatdır.
 
"Rusiya Qarabağda yeni "aprel müharibəsi” ssenarisinin baş verə biləcəyini də istisna etmir və prosesə nəzarəti ələ almaq istəyir. Xüsusilə Qərbin münaqişənin nizama salınması ilə bağlı çağırışları fonunda Moskvanın narahatlığı başa düşüləndir”, - deyə o bildirib./Publika.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI