Jurnalistika fakültəsində Cəlil Məmmədquluzadəyə həsr edilmiş dəyirmi masa keçirilib

18:36 04-04-2019 | icon 576 | Təhsil
Jurnalistika fakültəsində Cəlil Məmmədquluzadəyə həsr edilmiş dəyirmi masa keçirilib

 

Versus.Az xəbər verir ki, aprelin 4-də BDU-nun Jurnalistika fakültəsində görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirin moderatoru, professor Allahverdi Məmmədli tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının icrasına uyğun olaraq Jurnalistika fakültəsində tədbirlərə start verilib. Vurğulanıb ki, Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, “Molla Nəsrəddin” ədəbi məktəbinin, satirik jurnalistikanın, bədii düşüncənin, satirik karikatura janrının formalaşmasında mühüm rol oynayıb. Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında Vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.

Görkəmli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadənin Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan biri olduğunu vurğulayan fakültə dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu çıxışında qeyd etdi ki, bu tədbirlər böyük yazıçının dərin humanist məzmuna malik dram və nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini xalqa tanıtmaq baxımından olduqca əhəmiyyətlidir: “Jurnalistika fakültəsi ədibin yubiley tədbirlərinin keçirilməsinə çox həssas yanaşır. Bundan əvvəl 15 mart 2019-cu il tarixində fakültədə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş açıq dərs keçirilib. Şənbə günü – altı aprel tarixində fakültənin bir qrup professor-müəllim heyəti və tələbəsi Ağcabədinin Kəhrizli kəndinə səfər edəcək. Məqsəd Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın ev muzeyini ziyarət etmək və böyük ədibin publisistik fəaliyyətinə bir daha nəzər yetirməkdir”.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli dəyirmi masanın keçirilməsində məqsədin ilk növbədə dahi sənətkarın XX əsrdə gördüyü böyük işləri ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb:  “Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Ədibin təbliğ etdiyi demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. “Molla Nəsrəddin” jurnalının başında C.Məmmədquluzadə kimi açıq fikirli bir ziyalının durması Azərbaycan xalqının mütərəqqi qüvvələrinin, demokratik düşüncəli insanların bir araya gəlməsinə səbəb olmuşdur”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadənin milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz roluna diqqət çəkib. Qeyd edib ki, böyük yazıçı-dramaturqun irsinə dövlətimiz və xalqımız bu gün də ehtiramla yanaşır.

“Xalq” qəzetinin baş redaktor müavini, Azərbaycan Mətbuat şurasının Təftiş və Nəzarət komissiyasının sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu, professorlar Alxan Məmmədov, Nəsir Əhmədli, dosentlər Məmmədismayıl Mehdiyev, Aygün Əzimova çıxışlarında Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biri olmasından söz açıblar. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol