66825 abituriyent ərizəsini təsdiqlədi

14:43 08-04-2019 | icon 526 | Təhsil
66825 abituriyent ərizəsini təsdiqlədi

 

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.

Versus.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 8 aprel saat 09.15-ə olan məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 66825 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ali təhsil müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

Qeyd: Tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış ola bilərsiniz.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı