Elina özünü atandan 2 saat sonra təcili yardım çağırılıb

15:28 08-04-2019 | icon 545 | Hadisə
Elina özünü atandan 2 saat sonra təcili yardım çağırılıb

162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın vəfatı ilə bağlı ilginc iddia səslənib.

Versus.Az xəbər verir ki, ekspert Kamran Əsədov mətbuata açıqlamasında bildirib ki, məktəbin direktoru Sevinc Abbasova Elinanın intiharı barədə dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməyib: 

"Elina özünü atandan sonra iki saat yerdə qalıb. Bu barədə mənə məktəbdən etibarlı mənbə məlumat verib. İki saatdan sonra təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edilib. Hadisədən şok yaşayan məktəb rəhbərliyi həyəcandan necə davranacağını bilməyib. İki saatdan sonra təcili yardıma müraciət edildiyindən, qızın həyatını qurtarmaq mümkün olmayıb. Vaxtında həkimə müraciət edilsəydi, bəlkə də Elina yaşayacaqdı. Bu fakt mütləq prokurorluq tərəfindən araşdırılmalıdır".

 

K.Əsədov deyib ki, indiyə qədər Bakı Şəhər Təhsil İdarəsinə 162 saylı məktəblə bağlı çox şikayət daxil olub. Amma o şikayətlərin hamısının üstünü Bakı Təhsil İdarəsinin Daxili Nəzarət sektorunun rəisi "bağlayıb"".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı