BDU-nun tələbələri Koreya dili nitq müsabiqəsinin qalibi olublar

16:18 08-04-2019 | icon 697 | Təhsil
BDU-nun tələbələri Koreya dili nitq müsabiqəsinin qalibi olublar

 

Bakı Dövlət Universitetində IX Azərbaycan Koreya dili nitq müsabiqəsi keçirilib.


Versus.Az xəbər verir ki, BDU -nun mətbuat xidmətindən verilən məlumata görə, Rektor Elçin Babayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op tədbiri açaraq müsabiqə iştirakçılarına uğurlar arzu ediblər.


Rektor Elçin Babayev dünyanın 20 nəhəng ölkəsindən biri olan Koreya ilə Azərbaycanın tarixi köklərinin kəsişməsindən danışaraq ökələrarası münasibətlərin yüksək səviyyədə olmasında bu amilin böyük rol oynadığını bildirib. Koreya universitetləri ilə əməkdaşlıq məsələlərinə diqqət çəkən rektor bu istiqamətdə yeni ideyaların yaxın zamanlarda reallaşacağından bəhs edib.
Səfir Kim Tonq-op müsabiqənin Koreya dilinin inkişafında böyük önəmindən danışıb. Bildirib ki, bir ölkəyə sevgi və maraq onun tarixi və ədəbiyyatının çox oxunması ilə nəticələnir. Bu baxımdan, IX Azərbaycan Koreya dili nitq müsabiqəsi həm də Koreya dilində bilgiləri ifadə edən müsabiqədir.


Səfir birinci mərhələdən keçən və müsabiqə iştirak hüququ qazanmış 10 nəfər tələbənin hər birinin potensialını yüksək qiymətləndirib.
“Samulnori” Koreya milli zərb alətlərində tələbələrin ifası təqdim edildikdən sonra münsiflər heyəti və iştirakçılar təqdim edilib. Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi Li Cin və Azərbaycan Texnologiya Universitetinin müəllimi Ülviyyə Məmmədova Koreya dilinin tədrisi ilə bağlı təqdimat ediblər.


Tələbələrin çıxışlarına baxış keçirildikdən sonra qaliblər müəyyənləşib. Birinci yerə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Novruzəli Sadıxlı, 2-ci yerə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Emiliya İsmayılzadə, 3-cü yerə BDU-nun Koreyaşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Aynurə Allahyarova layiq görülüblər. Qaliblər 500, 400 və 300 manat pul mükafatına, bütün iştirakçılar isə sertifikatlara layiq görülüblər.
Qeyd edək ki, müsabiqədə, eyni zamanda, K-POP rəqs performansı nümayiş etdirlib və lotereya oyunu keçirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür