Qalaaltında su boruları oğurlanır – İDDİA

16:46 28-08-2017 | icon 525 | Sosial
Qalaaltında su boruları oğurlanır – İDDİA

Su xəttinin qalan borularını da kəsiblər. Onlara etiraz edəndə “işverənsiz” deyib məni təhqir etdilər”.

Bunu Versus.Az-a açıqlamasında Siyəzən rayon Qalaaltı kənd sakini Münəvvər xanım bildirib.

Qeyd edək ki, kənd camaatı uzun müddətdir su problemi yaşayır. Bələdiyyə sədri su xətdi bərpa olanadək camaatı fasilələrlə maşınla su daşınmaqla təmin edib. Son 3-4 gün isə axşamlar kəndə az da olsa su verilib. Sakinlər su xətdinin bərpa ediləcəyi ümidi ilə bu müvəqqəti su verilişinə səbr ediblər. Amma bu gün xəbər tutublar ki, kəndə gələn su xətdinin qalan boruları da kəsilib götürülür.

Bir neçə nəfər hadis yerinə gedərək mane olmaq isteyiblər. Ancaq bu işi icra edənlər Devran adlı şəxsə arxalandıqlarını, onlara heç kimin mane ola bilməyəcəyini deyərək, kənd ağbirçəyi Münəvvər xanımı təhqir ediblər.

Camaat kəndin çıxış tərəfində yolu kəsərək boruların aparılmasına mane olacağını bəyan ediblər. Bir neçə saatdan sonra borunu kəsən adamlar başqa yolla oradan uzaqlaşıblar. Borular isə kəsilmiş vəziyyətdə həmin yerdə qalıb.

Xatırladqa ki, Qalaaltı kənd camaatı ölkə başçısına və birinci vitse-prezidentə, o cümlədən aidiyyəti idarələrə bu və digər problemlərin həlli ilə bağlı məktubla müraciət ediblər.

Məmur özbaşınalığından şikayət edən kənd camaatı haqq-ədalətin öz yerini alacağına ümid etdiklərini bildiriblər.

Mövzunu diqqətdə saxlayacağıq.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI