"Porto"nun qapısından 2 cavabsız qol keçdi
"Liverpul" futbol klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Porto" komandasını qəbul edib.
Versus.Az xəbər verir ki, "Enfild" stadionunda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Nabi Keyta (5-ci dəqiqə) və Roberto Firmino (26-cı dəqiqə) vurublar.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 17-də Portuqaliyada keçiriləcək.
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"