Kiyev turnirindən 9 qızıl, 6 gümüş və 4 bürünc medal

20:09 25-02-2018 | icon 857 | İdman
Kiyev turnirindən 9 qızıl, 6 gümüş və 4 bürünc medal

37 ölkədən 500-dək idmançının iştirak etdiyi turnirdə yığma komandamızın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb.

Versus.az-ın məlumatına görə, Yunan-Roma güləşi üzrə yığmamız turniri 4 qızıl, 2 gümüş  və 2 bürünc medalla başa vurub. Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb. İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) turnirin bürünc medalını qazanıb.

Sərbəst güləşçilərimiz ümumilikdə 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olub. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub. Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov (57 kq) qazandırıb. 

Qadın güləşçilərimiz turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş medalla kifayətlənib. Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol