"Xüsusi koordinasiya komissiyası yaradılsın" - TƏKLİF

10:26 10-04-2019 | icon 412 | İdman
"Xüsusi koordinasiya komissiyası yaradılsın" - TƏKLİF

Gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş qərargahında 8-ci Gənclər Forumunda təkliflə çıxış edib.

 

Gənclər və İdman Nazirliyindən Versus.Az-a verilən məlumata görə, A.Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürüb.

 

Nazir çıxışında bildirib: “Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) (2016-2030) proqramlarının realizəsi üçün dövlət könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı, könüllülərə dəstək verilməsi üçün mühüm addımlar atır. 2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimi də baş tutub. BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizimdir”

 

Nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldığı forumda “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin İnkişafına İnvestisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri” və digər mövzular ətrafında fikir mübadilələri aparılıb, gələcək planlar müzakirə edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI