Strasburqda işğal olunmuş ərazilərimizdəki vəziyyətdən bəhs edən tədbir keçirilib 

12:53 10-04-2019 | icon 413 | Qarabağ
Strasburqda işğal olunmuş ərazilərimizdəki vəziyyətdən bəhs edən tədbir keçirilib 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2019-cu il 8-12 aprel tarixlərində Strasburqda keçirilən yarım-sessiyası çərçivəsində, aprelin 9-da Avropa Şurasının mənzil-qərargahında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən bəhs edən tədbir təşkil edilib.

Versus.Az trend-ə istinadən bildirir ki, tədbirdə əsasən AŞPA üzvləri, katibliyin əməkdaşları, yerli ictimaiyyət nümayəndələri və habelə Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

"Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr" başlığı altında baş tutan bu toplantını giriş sözü ilə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov açıb. O, Ermənistan və Azərbaycan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli barədə Avropa Şurası qarşısında götürülmüş birgə öhdəliyi xatırladıb, ölkəmizin işğal olunmuş ərazilərində aparılan fəaliyyətlərin sözügedən öhdəliyə zidd olduğunu bildirib və bu qanunsuz addımların həmin torpaqlardan qovulmuş məcburi köçkünlərin hüquqlarını pozduğunu ifadə edib. S.Seyidov Avropa Şurasının münaqişənin nizamlanması məsələsinə daha yaxından diqqət yetirməli olduğunu vurğulayıb.

Tədbirdə ilk məruzəçi kimi çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov İHAM-ın işğal olunmuş ərazilərlə bağlı qərarlarından bəhs edib. O, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyətini təsbit edən mühüm məhkəmə qərarlarını xatırladıb və bu xüsusda, Avropa Məhkəməsinin 2015-də ildə çıxardığı "Çiraqov və digərləri Ermənistana qarşı" işi üzrə verilmiş hökmə ayrıca diqqət yetirib. Ç.Əsgərov bu qərarların Dağlıq Qarabağ münaqişəsi perspektivindən Ermənistan üçün doğurduğu hüquqi öhdəliklər barədə məlumat verib.

İtaliyanın paytaxtı Roma şəhərində yerləşən Luiss Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti öz növbəsində işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquq və eləcə də insan hüquqlarının icrası sahəsində mövcud nəzəri yanaşmalar haqqında danışıb və həmin yanaşmaların Azərbaycanın işğal olunmuş ərazilərində tətbiqinin mümkün nəticələri barədə fikirlərini bölüşüb.

Nəhayət, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Zakir İbrahimov öz məruzəsində əsas diqqəti ölkəmizin işğal olunmuş ərazilərində yeraltı ehtiyatların qanunsuz istismarı və ticarətinə yönəldib. O, aparılan qanunsuz fəaliyyətlər əsasında Azərbaycana yetirilən xələldən söz açıb və onların qarşısının alınması sahəsində mövcud beynəlxalq mexanizmlər haqqında məlumat verib. Z.İbrahimov həmçinin işğal olunmuş ərazilərimizdə qeyri-qanuni mədən qazıntıları aparan, erməni əsilli Valeri Mejlumyana məxsus "Valleks Qrupu"nun əməliyyatlarını ifşa edib və bu fəaliyyətdən əldə olunan gəlirlərin qanunsuz rejimin maliyyələşdirilməsində istifadə olunduğunu qeyd edib.

Tədbirə yekun vuran S.Seyidov səsləndirilmiş maraqlı məruzələr əsasında geniş həcmdə önəmli məlumatların təqdim edildiyini ifadə edib və bu məlumatların AŞPA daxilində Azərbaycan nümayəndə heyətinin əlaqədar sahədə gələcək fəaliyyətlərinin əsasında dayanacağını bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol