Ermənistanda həqiqətləri yazdı tutuldu - Paşinyanın tapşırığı ilə

13:38 10-04-2019 | icon 375 | Dünya
Ermənistanda həqiqətləri yazdı tutuldu - Paşinyanın tapşırığı ilə

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin təhlükəsizlik xidmətlərinə "saxta xəbərlər" barədə nəzarəti gücləndirməyi tapşırıb.

Versus.Az Milli.Az-a istinadla xəbər verir ki, artıq tənqidi yazılar yazan səhifələrdən birinin admini də saxlanılıb. Həmin yazar ölkədəki söz azadlığının pozulmasını tənqid edənlərdən biri idi.

Həmçinin Ermənistanda maye qazın da qiyməti bahalaşıb. Halbuki, Paşinyanın vədinə görə, Rusiyanın Ermənistana satdığı qazın bahalaşması qiymət artımına təsir etməyəcəkdi.

Aprel ayının 4-də Paşinyan parlamentdə çıxışı zamanı qazın qiymətinin süni artırıldığını vurğulasa da, sonradan diqqəti qazın qiyməti ilə bağlı yayılan xəbərlərə və sosial şəbəkələrdəki müxalif yönümlü paylaşımlar edən şəxslərə yönəldib.

"Ermənistanda söz və informasiya azadlığı təmin olunmaqdadır. Amma bəzi məsələlər mətbuat vasitəsi ilə manipulyasiya üçün istifadə edilirsə, bu, artıq mili təhlükəsizlik məsələsinə çevrilir", - Paşinyan çıxışında söyləyib.

 

"Hətta sosial şəbəkələrdə də inqilab bayrağı altında "saxta xəbərlər" yayılır ki, bu insanları zorakılığa çağırır. Bu məsələlərin qarşısını alıb, əks hücuma keçməliyik. Ümid edirəm ki, bu məsələdə müvafiq orqan lazımi tədbirlər görəcək", - o, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyana öz tapşırıqlarını verib.

Vanetsyan isə səhəri gün Facebook-dakı müxalifyönümlü səhifələrdən birinin admininin saxlanıldığını elan edib. Onun açıqlamasında qeyd olunub ki, admini tutulan səhifədə irqi, dini və etnik ayrı-seçkilik təbliğ olunub. Lakin ətraflı məlumat verməyib.

Qeyd edək ki, sözügedən Facebook səhifəsi Paşinyanın çıxışından sonra yenilənməyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol