Laçının 37 saylı məktəbində "Yaşıl məktəb" layihəsi həyata keçirilib

10:56 11-04-2019 | icon 1124 | Təhsil
Laçının 37 saylı məktəbində "Yaşıl məktəb" layihəsi həyata keçirilib

Müəllim və şagirdlər 70 ağac tingi əkiblər, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstəriblər

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə "Yaşıl məktəb" layihəsinə start verilib. Bu layihə artıq Azərbaycanın digər şəhər, rayon və kənd məktəblərində də həyata keçirilir.

 

Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində yerləşən Laçın şəhər 37 saylı tam orta məktəbdə də "Yaşıl məktəb" layihəsi çərçivəsində yaşıllıq zolaqları salınıb. Məktəbin direktoru Səxavət Məmmədov Versus.Az-a açıqlamasında bildirib ki, məktəbin bağında yaşıllaşdırma tədbirləri çərçivəsində 70 ağac tingi əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

 

Direktor qeyd edib ki, layihə çərçivəsində keçirilən ekoloji tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı şagirdlər də iştirak ediblər. “Tezliklə dogma elimizdə, Laçında məktəbimizin bağını yaşıllaşdırmağı arzu edirəm” deyən Səxavət Məmmədov vurğulayıb ki, ağacəkmə aksiyasından sonra şagirdlərin ekoloji təfəkkürünü inkişaf etdirmək və ekologiyanın qorunmasının vacibliyini bildirmək məqsədilə onlarla ekoloji mövzuda müzakirələr aparılıb.

 

Məlumat üşün qeyd edək ki, "Yaşıl məktəb" layihəsinin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşdırılması, məktəblilərə calaqetmə vərdişlərinin aşılanması, canlı guşələrin və məktəb oranjeriyasının yaradılmasının təmin edilməsindən ibarətdir.

Həmçinin, canlı aləmə münasibətdə düzgün yanaşmanın vərdişə çevrilməsi əsas hədəflərdəndir.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür