“İmzatoplama prosesində hər hansı maneə ilə üzləşmədik”

13:05 26-02-2018 | icon 1204 | Siyasət
“İmzatoplama prosesində hər hansı maneə ilə üzləşmədik”

“Hafiz Hacıyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün seçici imzalarını toplama kampaniyasını davam etdiririk. Hələ ki, imzatoplama prosesində hər hansı maneə ilə üzləşməmişik”.

Bunu versus.az-a Müasir Müsavat Partiyasının sədri, president seçkilərinə namizəd Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi Könül İsmayılova bildirib. Onun sözlərinə görə, hazırda partiyanın rayon təşkilatları açıq imzatoplama kampaniyası aparır:

“Mütəmadi əlaqə saxlayırıq, prosesin gedişi ilə maraqlanırıq. Demək olar ki, imzatoplama başa çatmaq üzrədir. Yaxın zamanlarda toplanmış imzaları sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

Vətəndaşların aktivliyindən və seçkidə iştirak əzmindən razılıqla danışan K.İsmayılova bütün ərazilərdə kampaniyanın yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb.

İmzatoplama kampaniyasına kənar müdaxilələrin olub olmamasına gəlincə, MMP yetkilisi problem yaranmadığını deyib:

“Ola bilsin hansısa namizədliyi qeydə alınmış şəxslərin imzatoplama kampaniyasına manelər yaradılsın, amma bizdə belə bir problem yoxdur. Bu da ondan irəli gəlir ki, Hafiz Hacıyev başqa partiya sədrləri kimi yalnız seçkidən-seçkiyə deyil, hər zaman aktiv siyasi fəaliyyətdədir. Eyni zamanda partiyamızın siyasi kursunun incanlar tərəfindən qəbul edilməsinin göstəricisi olaraq da böyük inam və rəğbət hiss olunmaqdadır”.

Qeyd edək ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri Hafiz Hacıyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı