Etiraz aksiyası keçirən Qalaaltı kənd sakinləri Prezidentə müraciət ediblər

16:39 02-08-2017 | icon 575 | Sosial
Etiraz aksiyası keçirən Qalaaltı kənd sakinləri Prezidentə müraciət ediblər

“Qalaaltı kəndini, camaatını susuzluqdan xilas edin” – SOS

İyulun 27-də saytımızda “Qalaaltının lal harayı” adlı araşdırmaya start verdik və bu gün də araşdırmamız davam edir.

Versus.Az-ın məlumatına görə, avqustun 1-də Siyəzən rayonunun susuzluqdan əziyyət çəkən Qalaaltı kənd sakinləri kəndə suyun çəkilməsi tələbi ilə əllərində boş su qabları etiraz aksiyası keçiriblər. Kəndin ağsaqqal və ağbirçəkləri, gəncləri öz səfalı havası ilə getdikcə quruyaraq məhv olan Qalaaltının suya, işığa, qaza ehtiyacından danışıblar. Susuzluqdan mal-qaralarının, bağ-bostanlarının məhv olduğunu bu üzdən bir kəndlinin məşğul ola biləcəyi bütün təsərrüfatlardan məhrum edildiklərini ürək ağrısı ilə Versus.Az-a danışıblar.

Kənd camaatı XXI əsrdə kəndə belə laqeyd münasibətin insanlığa sığmadığını bildiriblər.

Şikayətçilər bildirirlər ki, Qalaaltının sanatoriyası tikilib istifadəyə veriləndən camaat bu vəziyyətə düşüb. Təbiəti gözəl, havası səfalı olan Qalaaltına dincəlmək və müalicə almaq üçün qohum evinə gələnlər də susuzluqdan burada qərar tuta bilmədiklərini qeyd ediblər.

O da bildirilir ki, sanatoriyadan insafa gələndə kəndə buraxılan su o qədər çirkli olur ki, o su ilə yuyulanların bədənləri yara tökür. XXI əsrdə özlərini Qalaaltında əsir kimi hiss etdiklərini deyən kənd əhli bildiriblər ki, problemlərlə bağlı bələdiyyə sədri, icra nümayəndəliyi xəbərdar edlsələr də hələ ki, ortada heç bir nəticə yoxdur, kəndin susuzluq problemi olduğu kimi qalır.

Aksiyada ağbirçək qadınlar su çəkilişi üçün kəndin ortasına yığılan su borularının nə vaxt qaynaq edilib, su buraxılmasına hazır vəziyyətə gətiriləcəyini səbirsizliklə gözlədiklərini deyiblər:

“Bizim işıq problemimiz də var, amma sovetlərin tör-töküntü işıq xətləri bəs edər, bizə işıqdan vacib su lazımdır bu saat. Təsəvvür edin, Siyəzəndən Bakıya Ceyranbatana su vurulur, amma burdan-bura biz su tapa bilmirik. Sanatoriyanı tikəndə elə bilirdik ümumi kənd abadlaşdırılacaq. Amma daha da pisləşib. Sanatoriyanın çirkli sularını içirik. Kəndin su borularını kəsib aparıblar, yerinə şlank gətiriblər, onu da qoşmurlar”.

“Su istəyirik” deyən Qalaaltı kənd camaatı Prezident İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istədiklərini deyərək, səslərinin onlara çatdırılmasını xahiş ediblər.

Versus.Az Qalaaltının su problemini diqqətdə saxlayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı