Rektor qalibləri mükafatlandırıb

09:40 13-04-2019 | icon 463 | Təhsil
Rektor qalibləri mükafatlandırıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə XII “Tələbə baharı”  Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilib.                      

 

Festivalda iştirak edən BMU-nun tələbələri milli rəqs (solo), müasir rəqslər (kollektiv) və klassik musiqi nominasiyaları üzrə  II yerə layiq görülüblər. 

Universitetin rektoru, professor Havar Məmmədov festivalda iştirak edən tələbələrlə görüşüb, onları göstərdikləri yüksək nəticələrə görə təbrik edib. Rektor çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclər siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini, bu sahədə görülən işlər haqqında məlumat verib.

 

Rektor universitetlərin işinin yüksək təhsil verməklə bitmədiyini, tələbələrin  hərtərəfli kadr kimi yetişməsində görməli olduğu işləri  xüsusi vurğulayıb, bu missiyanı tələbə təşkilatları və dərnəkləri uğurla yerinə yetirdiyini bildirib.      

 

Professor H.Məmmədov festivalda BMU-nun yaradıcı tələbələrini ölkənin ali təhsil müəssisələri arasında bir neçə nominasiyada mükafatçılar sırasında olmalarını yüksək qiymətləndirib, tələbələri mükafat və fəxri fərmanla təltif edib.

 

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd yaradıcı və istedadlı gəncləri üzə çıxartmaqdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı