Qənirə Paşayeva: “Onlar kimi 7 qız 7 oğuldan da dəyərlidir”

17:40 02-08-2017 | icon 916 | KİV
Qənirə Paşayeva: “Onlar kimi 7 qız 7 oğuldan da dəyərlidir”

Millət vəkili Qənirə Paşayeva 700 bal toplayan qızlarla görüşüb. Görüş zamanı xanım millət vəkili qızların təhsilə cəlb edilməsinin vacibliyindən danışıb və heç də qız övladlarına biganə yanaşılmamasını vurğulayıb.

Versus.Az həmin yazını olduğu kimi təqdim edir:

“Yeddi oğul istərəm” deyilirdi unudulmaz filmdə … Mən isə bu gün onlar kimi 7 qız 7 oğuldan da dəyərlidir dedim… Bu gün həyatımın ən gözəl günlərindən birini yaşadım… Bu 7 qız sanki öz qızlarımdı. Onların  uğurlarına o qədər sevindim ki!  Ağıllarına, istedadlarına, sadəliklərinə heyran qaldım.  Çünki bu qızlar millətin gələcəyidir, minlərlə gənc qızlarımıza ən gözəl örnəklərdəndirlər. Bu qızlar 700 bal toplayaraq ən yüksək nəticələrlə ali məktəblərə qəbul olublar. Bu gün onları evimdə qonaq etdim. Onların uğurlarına hamının sevindiyini söylədim. Təşəkkür etdim.

“Xeyli söhbətləşdik. Siz arzularınızın, xəyallarınızın arxasınca gedə biləcək ağıla, istedada sahibsiniz və hər zaman mütləq bacaracam deyib daha da çox çalışmalısınız. Çünki siz artıq Millətimizin gənc qadın aydınlarısınız və bir millətin inkişafı onun qadınlarının savadından, inkişafından çox asılıdır və siz artıq gözəl örnəklər kimi fəal olmalısınız” dedim. Hamısı həyat dolu, böyük xəyalları var və ən əsası hamısı da yaxşı peşəkar olmaqla bərabər gözəl aydın olmaq istəyindədirlər”.

Xanım millət vəkili  700 bal toplayan qızların valideynləri ilə də görüşüb.

“Qızlarımızın ata-anaları ilə də söhbət etdik, onları təbrik etdim və belə övladlar böyütdükləri üçün təşəkkür etdim. Hamısı sadə ailələrin övladlarıdır və onlarla qürur duydum. Əziz qızlarımızın müəllimlərini də təbrik edirəm.  Amma iki şeyi unutmadım. Qızlarımızdan biri “biz böyük ailəyik, bir otaqlı evdə yaşayırdıq və mən dərslərimə də orada çalışırdım. Amma hər zaman mən bacaracam deyirdim” dedi. Bir qızımız da “məni məktəblərdən birinə qəbul etməmişdilər amma 700 bal topladım və məni o məktəbdə rəsmi tədbirə dəvət etdilər. Oraya daxil olanda ey məktəb mən o qızam indi buraya gəlməm üçün məni dəvət edirlər” dedim.

Hərəsinin örnək bir həyat hekayəsi var. Hamısını ayrı-ayrı yazacam. Minlərlə gənc qızlarımız qədər minlərlə ailələr üçün örnək olsun deyə. Qızlarınızın arxasında durarsınızsa, arzularına əngəl deyil dəstək olarsınızsa, onlar çox böyük uğurlara imza ata bilər bu qızlar kimi demək üçün.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI