“Mənəm lider, mənəm güclü, mənəm müxalifət”

12:49 15-04-2019 | icon 137 | Siyasət
“Mənəm lider, mənəm güclü, mənəm müxalifət”

Fuad Əliyev: “Deyir nəyə görə Fuad Əliyevin ətrafıda toplaşaq, yaxud, niyə Əli Əliyevin ətrafında birləşək, onlar kimdirlər ki?”

 

“Ukraynada keçirilən seçkilərdə müxalifətin demokratiya uğrunda vahid məqsəd naminə birgə iştirakını yüksək qiymətləndirirəm”.

 

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qonşu ölkələrdə keçirilən seçkilərdəki müxalifətin rolunu və Azərbaycan müxalifətinin seçki fəaliyyətini müqayisə edərkən deyib.

O, yerli müxalifətlə, xarici müxalifətin siyasi mübarizəsindəki əsas fərqi, təkcə Ukraynadakı namizədlər arasında demokratik düşərgənin dəstəkləyib önə çıxardığı Zelenskinin uğur səbəblərini izah etməklə göstərib.

 

Fuad Əliyevin fikrincə, demokratik düşərgənin seçkidə qalib gəlməsi tək bir liderin kim olmasından deyil, düşərgənin nə dərəcədə vahid, aydın mövqedən çıxış etməsinə və birliyinə bağlıdır:

 

“Gürcüstanda demokratik reformalı məqsədlər naminə önə çıxarılan Saakaşvilini kim tanıyırdi, Juvanini, Burcanadzeni, Ukraynada Zelenskini kim tanıyır? Məqsədi demokratik dəyişim olan siyasi kəsim bir araya gələrək, vahid güc ortaya qoydu və ümumi qalibiyyət naminə namizədini önə çıxardı və seçdi. Hətta gürcülər Saakaşvilinin namizədliyini irəli sürəndə onun seçkidə iştirak etməyə yaşı çatmırdı, müxalifət seçkilərin vaxtının uzadılmasına nail oldu və onu seçkiyə qataraq dəstəklədi. Onun qalibiyyəti isə ümumilikdə Gürcüstan üçün demokratik proseslərin inkişafı naminə irəliyə doğru addım oldu. Biz nə edirik?!”

 

Partiya sədri bildirib ki, Azərbaycanda müxalifət tam əksinə hərəkət edir. Onun sözlərinə görə, xarici ölkələrin mütərəqqi seçki təcrübəsi izlənilsə də, bundan nəticə çıxarılmır və yenə də şəxsi ambissiyalar hər şeydən öndə dayanır:

 

“Deyir ki, nəyə görə biz Fuad Əliyevin ətrafıda toplaşmalıyıq, yaxud, niyə Əli Əliyevin ətrafında birləşək, onlar kimdirlər ki? “Mənəm lider, mənəm güclü, mənəm müxalifət” və sair iddialarla güclərin parçalanmasına xidmət edirlər. Yaxud, bu gün müxalifət, nəyə görə gənc siyasətçiləri qabağa buraxmasın? Nəyə görə AĞ Partiyanın sədri, Xalq Hərəkatının idarə heyətində olan Tural Abbaslının, yaxud GAP sədri Ağasəf Şakiroğlunun ətrafında yığışmayaq. Müxalifətin əsas aşmalı olduğu baryer budur. Yığışıb birinə dəstək versək, bizim məqsədlərimizin həyata keçirilməsi və hamımızın qalibiyyəti olar. Hələlik isə bizdə “kim birincidir, kim axırıncıdır” söhbəti gedir. Məqsəd demokratik seçkidir kimisə lider seçmək yox”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

Ermənistanın Qarabağ iştahı artır

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL