"Kamikadze1"-in müəllifinə qarşı təxribatlar var

16:35 15-04-2019 | icon 79 | Cəmiyyət
"Kamikadze1"-in müəllifinə qarşı təxribatlar var

 

 “Mənfur düşmənimiz olan ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlar, xüsusən də Bağanıs Ayrımda 1990-cı ildə dinc əhaliyə qarşı qırğın edərək, insanları diri-diri ot tayalarına təpib yandırmaları, kəndləri viran qoymaları və digər məsələlər haqqında uzun illər araşdırma aparıb yazdığım "Kamikadze1" sənədli romanım işıq üzü görüb ictimaiyyətə təqdim edildikdən sonra bəzi xoşagəlməz hadisələrlə qarşılaşmışam”.

 

Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İrfan bildirib.

T.İrfanın sözlərinə görə, naməlum şəxslər tərəfindən onun elektron poçt ünvanlarına, “Facebook” səhifə və profilinə hücumlar, müdaxilələr olunur:

 

“Hətta kitab haqqında məlumatları yayınlayan saytlara qarşı kiber hücumlar edilərək, texniki problemlər yaradılır. Son günlərdə isə Talk Tv internet kanalının uzun illərdir fəaliyyət göstərən yayım səhifəsinə müdaxilə edilərək ciddi problem yaradılıb. Heç şübhəsiz ki, bu hücumlar ermənilər, onlara yaxın olan digər qüvvələrin səyləri nəticəsində meydana çıxır.

Ümidvaram ki, aidiyyatı qurumlar bu kimi xoşagəlməz olaylara və müdaxilələrə qarşı nəzarəti gücləndirəcək, şəxsi təhlükəsizliyimlə yanaşı qeyd olunan şəbəkə və televiziyaların da fəaliyyətinə qarşı yönəlmiş süni təsirlərin qabağını alacaqlar”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

Ermənistanın Qarabağ iştahı artır

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL