“Bu günkü Azərbaycan-Özbəkistan əməkdaşlığı tarixə söykənir”

18:30 24-08-2023 | icon 1112 | Siyasət
“Bu günkü Azərbaycan-Özbəkistan əməkdaşlığı tarixə söykənir”

Könül İsmayılova: “Ölkəmizin, xalqımızın təqdimatını artıq Azərbaycan özü edir”

 

“Lider o şəxsdir ki, ilk növbədə dövlətini, xalqını düşünür, siyasi kursunu dövlətinin qüdrətlənməsi, ordusunun güclənməsi, iqtisadiyyatının yüksəlməsi, xalqının xoşbəxt yaşamına yönləndirir, düşmən yox, dost dövlətlər qazanır, ölkəsinə xeyir verəcək əməkdaşlıqlar qurur və sair. Azərbaycan prezidenti cənab İlham Əliyev məhz belə liderlərdəndir. Təsadüfi deyil ki, bu gün bütün dünya gündəmini öz möhtəşəm siyasi kursu ilə məhz İlham Əliyev tutur”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Azərbaycan və Özbəkistan prezidentlərinin Bakıdakı görüşünü şərh edərkən bildirib.

 

 

Könül İsmayılova bildirib ki, Azərbayca prezidentinin ayrı-ayrı dövlət rəhbərləri ilə davamlı görüşlərinin fonunda Azərbaycanın artıq dövlətlər yanında söz sahibi olması aydın görünür. Onun sözlərinə görə, ölkələrlə qurulan əməkdaşlıqların özü belə ölkəmizə xain gözlərlə baxan dövlətlərə bir mesajır:

 

“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri də düşmənlərimizə mesaj üstünə mesaj vermis oldu. Azərbaycan bütün əməkdaşlıqlarını dostluq və etibarlı münasibətlər müstəvisində qurur. Özbəkistanla bu gün qurulan əməkdaşlıqlar təsadüfi deyil. Tarixə nəzər yetirsək görərik ki, bizim dostluğumuz nə qədər təməllidir. Bu gün məhz o təməl üzərində yeni əməkdaşlıqlara start veririk. Və belcə, tarixi dostluğumuz daha da möhəmlənəcək. Dünya özü bu qarşılıqlı fəaliyyətimizin nə qədər möhkəm olduğunun seyçisi olacaq”.

 

K.İsmayılova qeyd edib ki, 44 günlük Vətən müharibəsinədək qurulan əməkdaşlıqlar, beynəlxalq səviyyədə keçirilən görüşlər nəticəsiz qalmadı, Azərbaycan möhtəşəm zəfərə imza atdı. Və bu gün o əməkdaşlıqlar daha inamla artırılmaqdadır:

 

“Ermənistan hələ də “bəlkə də qaytardılar” eyforiyasını yaşayır. Azərbaycan isə 44 günlük Vətən müharibəsindən sonra da eyni siyasi kursla davam edir. Bu gün artıq dünyaya sübut edə bildik ki, Azərbaycanın dövlətlərlə əməkdaşlıqda öz şərtləri var və bizimlə dost olmaq istəyənlər bunu nəzərə almalıdır. Qürurlanıram ki, bu gün söz sahibi olan Azərbaycanın ictimai nümayəndəsi, vətəndaşıyam. Artıq xaricdə də başımızı dik tutub, qürurla qalib ölkənin nümayəndəsi olduğumuzu göstərə bilirik. Azərbaycanın ölkələrlə əməkdaşlıqları davam etdikcə, bizi daha yaxşı tanıyacaqlar. İndiyədək Rusiyanın, Avropanın özlərinə sərf edən formada təqdimatlarında görünən ölkə, xalq idik. Bu gün isə ölkəmizin, xalqımızın təqdimatını elə Azərbaycanın özü edir. Bununla qürurlanmamaq mümkün deyil”.

 

Könül xanım vurğuladı ki, Özbəkistanla bütün sahələrdə qurulan əməkdaşlıqlarımız ümidverici olduğu qədər də perspektivlidir və yaxın gələcəkdə bu əməkdaşlıqların qarşılıqlı bəhrəsi özünü büruzə verəcək. Onun sözlərinə görə, ölkələrimiz arasında humanitar əməkdaşlıq da xüsusi önəm daşıyır.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI