Bir neçə ölkənin baş nazir müavini Bakıya gələcək

16:26 06-03-2018 | icon 573 | Siyasət
Bir neçə ölkənin baş nazir müavini Bakıya gələcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall iştirak edəcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən versus.az-a verilən məlumata görə, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzuların müzakirə olunacağı tədbirdə hər üç ölkənin hökumət nümayəndəsinin çıxışı planlaşdırılır. Fələstin Baş nazirinin müavini Ziad Abu Amr Orta Şərqdə regional təhlükəsizlik, regional sülh, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic kapitalizmdə iqtisadi inkişafın ətraf mühitə təsiri, Rumıniya Baş nazirinin müavini Ana Birchall isə meydana çıxan yeni güclərə dair panel müzakirələrdə çıxış edəcək.

Forumun işində Albaniya Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyəninn Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edəcək. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI