İqbal Ağazadə Azərbaycan xanımlarını təbrik etdi

15:04 07-03-2018 | icon 642 | Gündəm
İqbal Ağazadə Azərbaycan xanımlarını təbrik etdi

"Qadınların olduğu yerdə cəmiyyətin inkişafı var"

Ümid Partiyasının sədri İqbal Ağazadə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan xanımlarını təbrik etdi.

Versus.az partiya sədrinin təbrikini təqdim edir:

"Hörmətli xanımlar, əziz analar və bacılar, sizi 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm!
Əziz qadınlar, sizlərə uzun ömür, cansağlığı, sevdiklərinizlə birlikdə firavan, xoşbəxt və rahat həyat sürmənizi arzulayıram. Sizlər buna layiqsiniz və öz ağlınızla, mətanətinizlə, sədaqətinizlə, cəsarətinizlə, əqidənizlə bunları haqq etmisiniz.
Ananın, qadının cəmiyyətdəki yeri əvəzedilməzdir. Qadınların olduğu yerdə ədalət, əxlaq, fayda, qayda–qanun, cəmiyyətin inkişafı var.
Son illər bütün dünyada olduğu kimi ölkəmizdə də qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu getdikcə artmaqdadır. Bizim üçün xüsusilə xoşdur ki, Azərbaycan qadınları da ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal şəkildə iştirak edirlər. Sizlərin daha aktiv , qurucu, yaradıcı, prinsipial olmağınızı və enerjinizin, zamanınızın bir qədər çoxunu ictimai-siyasi və mədəni proseslərə ayırmağınızı arzulayıram.

Bir daha sizləri bayram münasibəti ilə təbrik edirəm!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu