MMP sədrindən 8 MART təbriki

15:48 07-03-2018 | icon 556 | Gündəm
MMP sədrindən 8 MART təbriki

"Mübarizənin önündə olduqlarına görə onlara təşəkkür edirəm"

Müasir Müsavat Partiyasının sədri (MMP) Hafiz Hacıyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

 Versus.az partiya sədrinin təbrik müraciətini təqdim edir: 
 
"Əziz və hörmətli xanımlar!
 
Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Azərbaycan xanımları tarixin bütün dönəmlərində öz zəkası, bacarığı, sədaqətliliyi ilə seçilib. Son illər ölkəmizin inkişafında qadınların da rolu az deyil. İstər gündəlik həyatda, istərsə də ictimai-siyasi arenada qadınlarımızın əhəmiyyəti olduqca böyükdür. 
Azərbaycan qadını həm gözəl ana, həm bacı, həm ömür-gün yoldaşıdır. Eyni zamanda, ölkəmizin inkişafı yolunda öz fəaliyyəti ilə xidmət edən bir vətəndaşdır. Bütün xidmətlərinizə görə Sizə minnətdarıq, hamınızı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik.
Bu arada Müasir Müsavat Partiyasının aparıcı qüvvəsi olan xanımları da təbrik edirəm. Hər zaman partiyamızın ideologiyası ətrafında sıx birləşərək, mübarizənin önündə olduqlarına görə onlara təşəkkürümü bildirirəm. Bir daha bayramınız mübarək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı