Fuad Əliyev ALDP-çi xanımları təbrik etdi

18:11 08-03-2018 | icon 1061 | Gündəm
Fuad Əliyev ALDP-çi xanımları təbrik etdi

Qadınların ailədə və cəmiyyətdə rolu müzakirə edilib

8 mart Beynəlxalıq Qadınlar günü ilə bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Qadınlar Təşkilatının üzvlərini və Versus.az İnformasiya Agentliyinin xanımlarını təbrik edib.

Fuad Əliyev təbrik çıxışında bildirib ki, XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını XX əsrdə – istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib:

"Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmini istiqamətində mühüm addımlar atıldı".

Partiya sədri qeyd edib ki, dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülməlidir:

"Bütün bunlara baxmayaraq, ölkədə qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. “Məişət zorakılığı”, “gender bərabərsizliyi”, “qadınların ictimai-siyasi sferalarda az yer tutması” və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. Ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında da bu faktorlar öz əksini tapır. Məsələn, 2006-cı ildən gender bərabərsizliyi hesabatını hazırlayan Dünya İqtisadi Forumunun illik nəticələrinə görə, Azərbaycan 5 ildə bu istiqamətdə geriləyib. Belə ki, Azərbaycan sözügedən təşkilatın 2007-ci il hesabatında 59-cu yerdə idisə, 2008-ci ildə 61-ci, 2009-cu ildə 89-cu, 2010-cu ildə 100-cü yerə düşüb. 2011-ci ildə ilk dəfə olaraq 100-cü yerdən 91-ci yerə qalxıb".

Fuad Əliyev bildirib ki, problemlərin miqyası respublikada ərazilərə görə dəyişir. Şəhərlərə nisbətən rayon və kəndlərimizdə qadınların hüquqları daha çox pozulur:

"Qeyd etməliyəm ki, bu gün ölkədə fəaliyyət göstərən QHT-lərin əksəriyyəti qadın, gender problemləri üzrə fəaliyyət göstərir və onların da əksəriyyətinin başçısı qadındır. Onlar hər zaman qadınların öz hüquqlarını bilməsi, onların buna uyğun hərəkət etmələri üçün müxtəlif seminarlar təşkil edirlər. Dünya İqtisadi Forumunun 2011-ci il hesabatına əsasən qanunvericilər, rəsmi vəzifəlilər arasında da qadınlar Azərbaycanda azdır. Azərbaycan 117-ci yerdədir. Peşəkar və texniki işçilər arasında qadınların payı isə Azərbaycanda yüksəkdir.Azərbaycan dünyada 33-cü yerdədir".

ALDP sədri bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri kimi ailədə qadınlara qarşı zorakılıqların tətbiq edilməsi və onların əksəriyyətinin çox zaman gizli qalmasını vurğulayıb:

"Bildiyimiz kimi, menatlitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və bu da ölkənin hazırlanan statistik nəticələrində faktların kənarda qalmasına səbəb olur. Ailədə zorakılığın aradan qaldırılması üçün hüquqi tədbirlər görülməli, ictimai qınaq olmalı, profilaktik (maarifləndirmə) işləri həyata keçirilməlidir. Müəllimlər, ziyalılar, qadın siyasətçilər qadın zorakılığı adlanan bu bəlanın aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilərlər.

Qadın hüquqları ilə bağlı danışarkən çox zaman modern dəyərlərə istinad olunur, müasir  qanunlar göz önünə gətirilir. Ümumiyyətlə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan bir sıra beynəlxalq konvensiyaların üzvidir. Lakin o konvensiyalarda qeyd olunanlar çox zaman ölkənin real həyatı ilə uyğun gəlmir. Bunlara uyğun hərəkət edəndə isə “milli mentalitet” məsələsi ortaya atılır.
Hər coğrafiyanın özünəməxsus yaşam tərzi, qayda-qanunları var və həmin coğrafiyanın  insanları məhz o yaşam tərzinə adaptasiya olub. Bir yerdə yaxşı görünən qayda, başqa yerdə gülünc qarşılana bilər.”

Tədbirdə Versus İA baş redaktoru Tahirə Qafarlı və redaktor müavini Arzu Zeynallı da iştrak ediblər. Partiya sədrinin rəsmi çıxışından sonra 8 MART Beynəlxalq Qadınlar bayramı münasibətilə çay süfrəsi təşkil edilib. Süfrə arxasında qadınların ailədə və cəmiyyətdə rolu müzakirə edilib.

RÜFƏT
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI