Toğrul Əsgərov çəki dərəcəsini dəyişir

15:27 18-04-2019 | icon 613 | İdman
Toğrul Əsgərov çəki dərəcəsini dəyişir

 

Versus.Az xəbər verir ki, bu barədə 27 yaşlı idmançının şəxsi məşqçisi məlumat verib.

 

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov yeni çəki dərəcəsində mübarizə aparacaq.

 

Bu barədə 27 yaşlı idmançının şəxsi məşqçisi Elçin Zeynalov məlumat verib. Zeynalovun sözlərinə görə, Əsgərovun dünya çempionatında və lisenziya qazanacağı təqdirdə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 74 kq çəki dərəcəsində çıxış etmə ehtimalı böyükdür: "Hazırda Toğrulun çəkisi 70-71 kq-dır. Buna uyğun olimpiya çəkiləri 65 kq və 74 kq-dır. 65 kq-da yığmanın digər üzvü - 3 qat dünya və Avropa çempionu Hacı Əliyevin çıxış edəcəyi, Əsgərovun isə 74 kq çəkiyə keçəcəyi gözlənilir. Son qərarı isə millinin baş məşqçisi Saypulla Absaidov verəcək".

Təcrübəli mütəxəssis yetirməsinin hazırkı durumu haqqında da danışıb. O, güləşçinin kollektivlə məşqlərə başladığını vurğulayıb: "Absaidovla danışdım. O da idmançının durumunun yaxşı olduğunu dedi. Toğrul söz verib ki, 14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında və Tokio olimpiadasında uğur qazanacaq. Onun mündialda yaxşı nəticə göstərəcəyinə və 2020-ci il Yay Olimpiya Oyunlarında Azərbaycan xalqını sevindirəcəyinə inanıram".

Qeyd edək ki, Toğrul Əsgərov zədə səbəbindən Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iştirak edə bilməyib. 2012-ci il London Olimpiya Oyunlarında 60 kq-da qızıl medal qazanmış güləşçi çəki dərəcələri dəyişdikdən sonra bütün yarışlarda, o cümlədən, "Rio-2016"da 65 kq-da mübarizə aparıb. Əsgərov "Bakı 2015" I Avropa Oyunlarının qalibi, son olimpiadanın isə gümüş mükafatçısı olub.(report.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı