ALDP imzatoplamanı dayandıra bilər?

14:19 26-02-2018 | icon 780 | Siyasət
ALDP imzatoplamanı dayandıra bilər?

“Biz imzatoplama kampaniyasına qarşı növbəti manelərin olacağı təqdirdə bu qərarı verəcəyimizi söyləmişdik. Amma neqativ hallar baş vermədiyi üçün proses davam edir. Hələ ki, belə bir fikrimiz yoxdur.  Artıq 19 minə qədər imza toplanıb”.

Bunu Versus.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev seçkilərə qatılmayacağı ilə bağlı ictimaiyyətdə yaranan fikirlərlə bağlı açıqlamasında bildirib.

Xatırladaq ki, F.Əliyev bir müddət öncə sosial şəbəkədə Şamaxı və İsmayıllı rayonlarında imzatoplama prosesində yaranmış problemlərlə bağlı açıqlama verib və elan edib ki, digər rayonlarda da belə bir hal davam edərsə, seçki kampaniyasını dayandıracaqlar. ALDP sədri hesab edir ki, ola bilsin bu elandan dolayı ictimaiyyətdə bu cür fikirlər yaranıb.

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI