Bu nazir işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

14:51 20-04-2019 | icon 540 | Siyasət
Bu nazir işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşması fonunda Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə ziddiyət təşkil edən bəyanatları ilə bir daha dünya ictimaiyyətini yanıltmağa çalışıb.

 

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib ki, əsas məsələ “Artsaxda yaşayan 150 min erməninin təhlükəsizliyidir”.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, erməni nazirin açıqlamalarını şərh edən “Baku Network” Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov bildirib ki, erməni nazir işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib:

 

“Birincisi, “Artsax” deyə bir yer mövcud deyil, bütün beynəlxalq sənədlərdə işğal olunmuş Qarabağdan söhbət gedir. İkincisi, bu ərazilərdə 150 min erməni yoxdur. Orada maksimum 50 min nəfər yaşayır ki, onların da əksəriyyəti Ermənistandan olan hərbçilər, o cümlədən Paşinyanın oğludur. Orada əhalinin siyahıya alınması keçirilməlidir. Üçüncüsü, danışıqların təməl nöqtəsi bütün sülh planlarında sözügedən ərazilərin işğaldan azad edilməsidir. Dördüncüsü, orada yaşayan erməni əhali işğal olunmuş əarziləri həbs düşərgələrinə çevirmiş və heç kimə oradan ayrılmağa icazə verməyən rəsmi Yerevanın siyasətinin girovudur. Beşincisi, Mnatsakanyan “Madrid prinsipləri”nə əsasən Qarabağa qayıtmalı olan azərbaycanlı qaçqınları görməzdən gəlir”.

 

Ekspert qeyd edib ki, nifrət və təhdid mühiti işğaldan törəyir və işğal dayandırılmasa, bunu aradan qaldırmaq mümkün deyil:

“Nifrət təkcə Azərbaycana deyil, həm də Türkiyə, Gürcüstan və İrana ərazi iddiaları irəli sürən Ermənistan tərəfindən körüklənir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI