Millət vəkili “Aprel fədailəri” adlı tədbirdə məktəblərə çağırış edib

15:41 20-04-2019 | icon 521 | Cəmiyyət
Millət vəkili “Aprel fədailəri” adlı tədbirdə məktəblərə çağırış edib

Qənirə Paşayeva: “Gənclərimiz qəhrəman şəhidlərimizin həyat yolundan örnək almalıdır”

 

Bakı şəhəri N.Nərimanov adına 45№-li tam orta məktəbdə Aprel zəfəri və qəhrəman Aprel zəfəri şəhidlərimizə həsr olunan “Aprel fədailəri” adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbiri açan məktəbin direktoru Nəcibə Axundova tədbirin mahiyyətindən danışıb.

 

Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq, belə qəhrəman oğulların və onların ailələri qarşısında baş əyirik deyib.

Məktəbin direktoru Aprel döyüşlərində şəhid olan qəhrəman şəhid qardaşımız polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovaya bu cür tədbirin keçirilməsi üçün təşəkkür edən Qənirə Paşayeva vurğulayıb ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq.

 

Millət vəkili məktəblərə çağırış edərək qəhrəman şəhidlərimiz haqqında tədbirlərin tez-tez keçirilməsinə çağırıb:

 

“Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün gənclərimiz qəhrəman şəhidlərimizin həyat yolundan örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq. Qəhrəman şəhidlərimiz haqqında tədbirlər, çəkilən filmlərin, yazılan kitabların orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş və təqdim olunması vacibdir”.

Şəhidlərimizlə bərabər onların ailələri qarşısında da baş əyirik deyən Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Ali Baş Komandanımız, cənab Prezident İ.Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib.

 

Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. “O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyə, millət vəkili bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən Q.Paşayeva hər birimiz şəhid ailələrinə daim qayğı ilə yanaşmalıyıq deyib. Millət vəkili qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri qəhrəman şəhidlərimizdən Vətən sevgisi örnəyini almağa çağırıb.

 

Millət vəkili bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində, müəllimlərin, ziyalıların, gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.

 

Tədbirdə iştirak edən bir sıra təşkilatların nümayəndələri, ziyalılar çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

 

Tədbir uşaqların vətənpərvərlik ruhunda hazırladıqları kompozisiyalarla davam edib.

Tədbirdə iştirak edən qonaqlar məktəblə də yaxından tanış olub, məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları layihələrlə tanış olublar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı