“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

17:37 20-04-2019 | icon 738 | Mədəniyyət
“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

İndoneziyada ənənəvi olaraq hər il keçirilən “Europe on Screen” (Avropa Ekranda) film festivalı çərçivəsində “Erasmus” sərgi mədəniyyət kompleksində Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Əli və Nino” filminin paytaxt premyerası keçirilib.

 

Xarici İşlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, 18-30 aprel tarixlərində keçirilən 19-cu “Europe on Screen” Film Festivalı ərzində Avropanın 27 ölkəsinin 100-dən çox tam və qısa metrajlı filmləri İndoneziyanın 8 böyük şəhərində nümayiş olunacaqdır. Festival zamanı “Əli və Nino” filmi İndoneziyanın Cakarta şəhərində 2 dəfə olmaqla, eləcə də Medan və Surabaya şəhərlərində ümumilikdə 4 dəfə nümayiş olunacaqdır.

 

Filmin paytaxt Cakartadakı premyerası zamanı nümayişdən əvvəl çıxış edən Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov filmin Qurban Səidin 33 dilə tərcümə edilmiş eyni adlı romanı əsasında çəkildiyini və ilk dəfə 1937-ci ildə işıq üzü gördüyünü bildirib. O, qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu film Əli və Nino arasındakı ülvi məhəbbətlə yanaşı, Azərbaycanda bir əsr əvvəl baş vermiş tarixi hadisələrdən, xüsusilə xalqımızın müstəqillik mübarizəsindən bəhs edir.

Film kinosevərlər tərəfindən olduqca böyük maraqla qarşılanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”