İQBAL AĞAZADƏNİN "TƏBRİK"İ

08:09 22-04-2019 | icon 869 | Köşə
İQBAL AĞAZADƏNİN "TƏBRİK"İ

VƏ TƏRƏFDARLARI TƏRƏFİNDƏN İFŞA OLUNAN YURD LİDERİ

 

İGİD TEYMURLU

 

Ümid Partiyasının sədr müavini TAMİLLA xanım QULAMİnin Nahid Cəfərovun yazısına bildirdiyi münasibət Əli Kərimli aşiqlərini əməlli başlı mat qoyub. Başqalarını deyə bilmərəm, amma konkret olaraq Tamilla xanım Qulaminin məntiqə və dürüst analizə söykənən yazısında yaşanan gerçəklər dilə gətirilib. Əli Kərimli sevdalıları o gerçəyin işığında ilahlaşdırdıqları sədrlərinin səhvlərini etiraf etməkdənsə, gülünc və sərsəm təfəkkürlə, bir az da davranış pozğunluğuyla Tamilla xanım Qulamini guya ki, susdurmağa cəhd edir, əsası olmayan arqumentlərlə çıxış edirlər. Ayıbınıza qısılın...

 


Bu adamlar çox mağmun bir durumda ÜMİD partiyasının sədri İQBAL AĞAZADƏnin bir neçə il bundan öncə mətbuata verdiyi müsahibədə İlham Əliyevin prezident seçilərkən ona ünvaladığı "təbrik"ini əsas götürüb guya ki, Tamilla xanım Qulamini susdurmağa çalışırlar...

 


ƏVVƏLA, belə "hücum" taktikası heç etik baxımdan düzgün olmasa belə, ancaq neynəmək ki, bu da Əli Kərimlinin metodologiyasından irəli gələn nəsnədir. Və FAKT OLARAQ bu yazı və Əli aşiqlərinin bu yazıya münasibətləriylə Sözün Cəng Meydanında Ümid Partiyasından olan bir xanım siyasətçi bütün Yurd Əhlini faktların diliylə diz çökdürüb.

 


İKİNCİ bir tərəfdən, şəxsən mən fərd olaraq yazısına xanım siyasətçi tərəfindən münasibət bildirilən Nahid Cəfərovu necə tanıyıramsa, Tamilla xanım Qulamini də eləcə tanıyıram. Sadəcə olaraq, adam çox təəssüflənir ki, nədən bizim cəmiyyətimiz Tamilla xanım Qulaminin timsalında belə saf düşüncəli insanları deyil, siyasətin diletant baxışlı konyuktura cəngavərlərini özünə örnək kimi götürməyə çalışır. Azərbaycanın azadlığı uğrunda çarpışıb, siyasət meydanına gələn yolu səngərlərdən keçən gerçək qəhrəmanlarımız qalıb bir yanda, cəmiyyətimizə virtual, vizual naxışlı siyasətimizin Qozbel Mediçilərini gözəllik mücəssəməsi kimi sırıyırlar...

 


İqbal Ağazadənin seçicilər tərəfindən necə yüksək qiymətləndirilməsinin mən canlı şahidiyəm...
Bu konuda Əli Kərimli aşiqləri öz sədrlərini müdafiə edərkən belə, onun siyasətdəki qozbelliyini apaydın olaraq özləri ortaya qoyurlar, Tamilla xanım Qulami yox!


Adamların İqbal Ağazadənin "təbriki"ylə bağlı iradlarına əsasən həmin "təbrik"dən kiçicik bir hissəyə baxaq... 

 


BAXIN və görün İQBAL AĞAZADƏ NƏ DEYİR. İqbal Ağazadə deyir ki,

 

"..Seçkinin nəticələrini dəyişmək istiqamətində nə xalqa, nə də beynəlxalq aləmə çağırış etmirik. Konkret olaraq İlham Əliyevə isə Azərbaycan problemlərinin həlli, barış və dialoqun yaranması, Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycanda yeni siyasi müstəvinin yaranması istiqamətində uğurlar arzulayırıq"..


Ey vaaah, Adam nə söyləmiş!!!???
Adamın söylədikləri bu və zatən də Böyük Azərbaycan naminə bu olmalı!!!


Əli Kərimli aşiqlərisə bu fikirləri Tamilla xanım Qulamiyə guya sarsıdıcı zərbə kimi ortaya qoyurlar!!!!
Vay bəə!!!
Öyləsə, MƏNTİQ nə deyir?

Əfəndilər, məntiq bunları deyir: demək ki, nə Əli Kərimli (əgər Tamilla xanımın mövqeyi İqbal bəyin mövqeyi kimi dəyərləndirilirsə, əcəba, onda nədən sizlərin mövqeyiniz Əli Kərimlinin mövqeyi kimi dəyərləndirilməsin?!), nə də Əli Kərimli aşiqləri nə Azərbaycan problemlərinin həll edilməsini, nə ölkəiçi barış və dialoqun yaranmasını, nə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini, nə də Azərbaycanda yeni siyasi müstəvinin yaranmasını istəmirlər.....


İqbal Ağazadə söyləmiş, sizlər də bunu bəyənmirsiniz...

Budurmu Əli Kərimlinin yürürdüyü siyasi kurs?!

Bəylər və xanımlar, axı İqbal Ağazadə dediyiniz "təbrik"də bunları arzulayıb...

Bəs siz nəyin peşindəsiniz!?..

Lütfən, ayıbınıza qısılın və özünüzdən utanmayacaq qədər böyük olun...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI