“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

09:54 22-04-2019 | icon 800 | Siyasət
“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Razi Nurullayev: “Hakimiyyət elə bir şərait yaradıb ki, siyasətlə məşğul olmaq mümkün deyil”

 

“Bunların hamısı kiminsə beyninin məhsuldur və düzgün deyil. Azərbaycanda normal siyasətçi çoxdur, xalqın dəyər verdiyi siyasilər var. Sadəcə olaraq, Azərbaycanda hakimiyyət elə bir şərait yaradıb ki, siyasətlə məşğul olmaq mümkün deyil”.

 

Bu sözləri Versus.Az-a ictimaiyyətdə səsləndirilən “bu gün müxalifət zəif olduğuna görə, yeni siyasi qüvvə yetişmir” fikirlərinə açıqlamasında AXCP sədri Razi Nurullayev deyib.

 

Partiya sədri vurğulayıb ki, insanların siyasətlə nəyəsə nail olmaq ümidi azalıb:

 

“O qədər siyasi düşüncəli gənclər, siyasət qurmaq istəyən insanlar var ki, toplaşıb bir partiya da yarada bilərlər. Amma onlar düşünürlər ki, bir siyasi partiya yaradacaqlar, heç o partiyanı qeydiyyata da almayacaqlar. Buna görə də heç kim məhz müxalifət zəif olduğu üçün yeni siyasi qüvvənin yetişmədiyini səbəb göstərməsin”.

 

Azərbaycanın bu gün artıq kifayət qədər oturuşmuş bir ölkə olduğunu qeyd edən Razi Nurullayev vurğulayıb ki, pis-yaxşı, oturuşmuş bir müxalifət də var:

 

“Azərbaycanın aktivləri də var, qeyri hökumət təşkilatları da var. Azərbaycan nə Şimali Koreyadır, nə Türkmənistandır, nə Tacikstan, nə Özbəkistan, nə də Qırğızıstan. Azərbaycanın bir demokratik dövlətçilik ənənəsi də olub. Və bu gün demək olmaz ki, hər şey pisdir, Azərbaycan batıb, yox, belə deyil. Azərbaycanın pis-yaxşı özünəlayiq demokratiyası var. Azərbaycanda mediya qismən də olsa azaddır, sosial şəbəkələr azaddır. Narazılığımız bundan ibarətdir ki, Azərbaycanın imkanları var, dövlətçilk, demokratik ənənəsi var, pulu, nefti, qazı var, savadlı insanları da var, azərbaycan əhalisi daha yaxşı yaşaya bilərdi. Azərbaycan xalqı bu gün bu şəkildə yaşamağa layiq deyil”.

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI