İlahiyyat İnstitutunun heyəti Ağcabədidə tələbələrlə görüşüb

07:53 23-04-2019 | icon 482 | Təhsil
İlahiyyat İnstitutunun heyəti Ağcabədidə tələbələrlə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov və ali tədris müəssisəsinin əməkdaşları orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Ağcabədi rayonuna səfər zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüş keçiriblər.

 

Aİİ-dən Versus.Az-a verilən məlumata görə, Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində təhsil sisteminin inkişafı ilə bağlı görülən işlər bu sektorun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunun bariz nümunəsidir.

 

Aİİ rektoru C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.

Sonra Aİİ rəhbəri ali tədris müəssisəsi haqqında ümumi məlumat verərək, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova və institutun İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev ali təhsil müəssisəsində qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat veriblər.

Daha sonra Aİİ heyəti ADPU-nun Ağcabədi filialında müəllim heyəti və tələbələrlə görüşüb.

 

Görüşdə ADPU-nun Ağcabədi filialının direktoru, dosent Mətanət xanım Fərzəliyeva Aİİ heyətini tədris ocağında görməkdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verilir. M.Fərzəliyeva gənclərdə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirmək üçün müxtəlif layihələr, müzakirələr, seminarlar, görüşlərin təşkil olunmasının xüsusi rol oynadığını qeyd edib.

 

Aİİ rektoru əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Vurğulayıb ki, hazırda ölkə başçısı İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Rektor Aİİ-nin yaradılması, fəaliyyət istiqamətləri haqqında da geniş məlumat verib.

 

Aİİ rektoru ali tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın aşılanması istiqamətində İnstitutda ardıcıl müxtəlif tədbirlər, görüşlər, “dəyirmi masa”lar, seminarların təşkil olunduğunu da diqqətə çatdırıb.

Sonra filialın müəllim heyəti milli-mənəvi dəyərlər mövzusunda fikirlərini bölüşüb, tələbələrin sualları cavablandırılıb.

Görüşlər zamanı elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması barədə müzakirələr aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı