Millət vəkili həmkarının qaz limitinin artırılması təklifini dəstəklədi

15:19 23-04-2019 | icon 519 | Siyasət
Millət vəkili həmkarının qaz limitinin artırılması təklifini dəstəklədi

Qənirə Paşayeva Ermənistanın təxribatına imkan yaradan BMT-ni kəskin qınayıb

 

Millət vəkili Qənirə Paşayeva MM-də əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış edib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, özəlliklə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar etdikləri müraciətlərində təbii qaz limitinin artırılması xahişini edirlər.

 

Q.Paşayeva əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq əhaliyə verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılmasının çox vacib olduğunu deyib və müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırıb. O, həmkarı Fazil Mustafanın bununla bağlı təklifini dəstəklədiyini deyərək müvafiq qurumları bu məsələyə yaxın zamanlarda baxmağa çağırıb.

 

Millət vəkili həmçinin həmkarı Azay Quliyevin qaldırdığı məsələni dəstəkləyərək deyib ki, işğalçı Ermənistanın BMT-də Azərbaycana qarşı təxribatının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır. Belə ki, Ermənistan BMT-yə  təqdim etdiyi illik hesabatında qondarma “dqr”-in hesabatını da əlavə edib. Bununla da BMT-nin insan haqları şurası öz nizamnaməsindən kənara çıxıb. Eyni zamanda BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir:

 

“Biz BMT-nin Ermənistanın bu təxribatına imkan verməsinə ciddi şəkildə etirazımızı bildirməli və bu təxribatın BMT-nin saytından çıxarılmasına nail olmalıyıq. Həmkarımın da qeyd etdiyi kimi, bu hesabat 6 dildə yayılır və Azərbaycana qarşı bu təxribat bizi ciddi narahat etməlidir. Müvafiq qurumlarımız bu məsələyə ciddi etirazını bildirməli və bu təxribati sənəd BMT-nin saytından çıxaırlmalıdır. Bu bizim üçün hədsiz vacib məsələdir. Biz BMT-nin Ermənistanın təxribatına şərait yaratmasını kəskin qınayır və etirazımızı bildiririk”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI