“Mitinqbazlar taktikanı dəyişməlidir”

15:48 23-04-2019 | icon 451 | Siyasət
 “Mitinqbazlar taktikanı dəyişməlidir”

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 20 aprelə təyin etdiyi mitinqə də “yox” cavabı verdikdən dərhal sonra Milli Şura yenidən mitinq qərarı verib. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 19 yanvar mitinqindən sonra kütləvi aksiyalar üçün heç bir müraciətə müsbət cavab vermir. Milli Şuranın fevralın 23-də və martın 2-də, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi aksiyalara da razılıq verməmişdi. Həmçinin Qarabağ Komitəsinin “Qarabağ” mitinqi üçün müraciətinə mənfi cavab verilib.

 

Versus.Az musavat.com-a istinadən ADP sədri Sərdar Cəlaloğlunun məsələylə bağlı aşıqlamasını təqdim edir.

 

Qeyd edək ki, hər dəfə BŞİH-dən mənfi cavab alınsa da müxalifət eyni addımı təkrarlayır.

Müxalifət qurumları ard-arda mitinqlər təyin edir, BŞİH “yox” cavabı verir, yenidən mitinq üçün müraciət olunur, yenə BŞİH-dən eyni cavab gəlir. Bir sıra müxalifət siyasətçiləri deyir ki, bu, həmin siyasi təşkilatların mübarizə taktikasıdır, mitinq üçün müraciətlər, sadəcə, müraciət xatirinə edilən müraciətlər deyil, yürüdülən siyasətin tərkib hissəsidir. Mitinqlərlə bağlı müraciətlərə mənfi cavab verilməsinə baxmayaraq müraciətlərin edilməsi sistemli və ardıcıl siyasətin aparılmasını özündə əks elətdirir. Hər dəfə müraciət edildikdən sonra müəyyən hazırlıq işləri aparılır, təbliğat gedir, fəallaşma olur. Yəni müəyyən bir xətt, taktika davam etdirilir.

 

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, bu taktika yanlışdır və yeni taktika seçilməlidir. Çünki hər həftə mitinq keçirmək barədə qərar qəbul edib, iqtidar isə qanunsuz olaraq bu mitinqlərə icazə vermədikdə mitinq qərarı verənlərin buna tabe olması tendensiyası davam etdikcə cəmiyyətin mitinqə olan inamı daha da azalır və mitinqin, ümumiyyətlə, demokratikləşmə prosesindəki əhəmiyyəti sıfıra enir:

 “Ona görə də mən müxalifətin mitinq taktikasının yanlış olduğunu düşünürəm. Bu cür taktika əslində demokratiyaya vurulan zərbədir. İkincisi, mitinqlərlə bağlı qərarlar o zaman qəbul edilməlidir ki, mitinqlərin predmeti həlli təxirə salınmaz ciddi problemlərlə bağlı olsun. Əgər hər dəfə mitinq təxirə salınırsa, o deməkdir ki, onun keçirilməsi ilə bağlı səbəblər də təxirə salınan səbəblərdir. Belədirsə, onda nəyə görə bu siyasi qüvvələr mitinq təyin etmək taktikasından istifadə edirlər? Bu da yanlışdır”.

 

ADP sədri vurğuladı ki, mitinqdən başqa da mübarizə taktikası kifayət qədərdir: “Demokratik mübarizənin çoxlu sayda üsulu, taktikası var. Mitinq, sadəcə, bu üsulların biridir. Ən müxtəlif formalı demokratik mübarizə üsullarından istifadə edib taktikanı o üsullar üzərində yürütmək olar. Mitinqlərin hədəfləri ilə bağlı məsələləri mitinqlərsiz də ictimaiyyətin diqqət mərkəzinə gətirmək mümkündür. Məsələn, sosial şəbəkələrdən istifadə edib xalqı aktivləşdirmək mümkündür. Müxalifətin isə sosial şəbəkəyə çıxışı var. Burada da Bakı Şəhər İcra Hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sosial şəbəkələr müxalifətin imkanlarını artırır. Ona görə də Azərbaycan müxalifətinin mitinqbaz hissəsinin apardığı siyasəti yanlış taktika hesab edirəm. Əgər doğrudan da mitinq keçirmək vacibdirsə, hakimiyyətin buna icazə verib-verməməyindən asılı olmayaraq mitinqlər keçirilməlidir. Yox, əgər bu mitinqlər vacib deyilsə, onda iki həftədən bir mitinq haqqında qərar qəbul etmək qeyri-ciddi davranışdan başqa bir şey deyil”.

 

S.Cəlaloğlu qeyd etdi ki, əgər ard-arda mitinq qərarları verilməsində məqsəd Avropa Məhkəməsinə şikayət üçün hüququ əsaslar yaratmaqdırsa, bunun özü də yanlış taktikadır: “İnsan hüquqlarının pozulması ilə bağlı çoxlu sayda başqa faktlar var. Mitinq müraciətlərinə yox cavabı verilməsini fakt kimi toplamağa bu baxımdan ehtiyac yoxdur. Mitinq ən lazımlı anda müxalifətin ən güclü silahı kimi istifadə olunmalıdır. Bu silahı hər addımbaşı yerli-yersiz istifadə edib sıradan çıxarmağa, zəiflətməyə ehtiyac yoxdur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür