Netanyahu Qolan yüksəklərindəki yeni şəhərə Trampın adını vermək istəyir

13:31 24-04-2019 | icon 453 | Dünya
Netanyahu Qolan yüksəklərindəki yeni şəhərə Trampın adını vermək istəyir

İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Colan yüksəklərində strateji yayla üzərində suverenliyini tanımasına minnətdarlıq əlaməti olaraq, yeni bir icmaya ABŞ prezidenti Donald Trampın adının verilməsini istədiyini bildirib.

Versus.Az xəbər verir ki, İsrail 1967-ci il müharibəsində Colan yüksəklərini Suriyadan ələ keçirib. Bu ilhaq beynəlxalq səviyyədə tanınmayıb. Tramp İsrailin Colan üzərində suverenliyini tanıyan fərmanı ötən ay imzalayıb. Digər dünya güdrətləri ABŞ-ın bu addımını dəstəkləməyib.

İsrailin baş naziri Benyamin Netanyahu Colanda yaydığı video bəyanatında “prezident Trampın tarixi qərarı israilliləri çox təsirləndirib” deyib.

Netanyahu Yəhudi Pasxa bayramından sonra “hökumətə prezident Donald Trampın adının Colan yüksəklərində yeni bir icmaya verilməsinə dair qətnaməni təqdim edəcəyini” əlavə edib.

Trampın Colan yüksəklikləri ilə bağlı addımı 2017-ci ilin dekabr ayında ABŞ-ın fələstinlilərin də iddia etdiyi mübahisəli şəhərlə bağlı on illərdir yürütdüyü siyasətini pozaraq, Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra atılıb.

İsrail bundan başqa bildirib ki, ABŞ prezidentinə təşəkkür əlaməti olaraq, Qüdsün Qərb Divarı yaxınlığında təklif olunan qatar stansiyasına onun adını vermək niyyətindədir (“Amerikanın səsi”).

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol