19 yaşı var, ABŞ-dan 74 min dollarlıq təqaüd proqramı qazandı

15:34 24-04-2019 | icon 430 | Təhsil
19 yaşı var, ABŞ-dan 74 min dollarlıq təqaüd proqramı qazandı

Uğurları ilə diqqət mərkəzinə düşən 19 yaşlı mingəçevirli istedad təhsilini böyük ehtimalla ABŞ-da davam etdirəcək.

 

Versus.Az ONA-ya istinadən xəbər verir ki, Cavid Əlizadə bildirib ki, qazandığı nailiyyət dünyanın əksər nüfuzlu təhsil ocaqlarının qapılarını üzünə taybatay açıb.

 

Cavid ABŞ, İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdə sərfəli şərtlərlə təhsil almaq şansı qazanıb:

“Açığı, seçim etmək üçün bütün şərtləri nəzərdən keçirirəm. Təkcə ala biləcəyim təqaüdün məbləği önəmli deyil. Bu mənada təklif aldığım hər bir təhsil müəssisəsi seçilməyə layiqdir. Amma etiraf edim ki, hazırda daha çox İngiltərə və ABŞ universitetləri üzərində dayanmışam. Böyük ehtimalla ABŞ-a üstünlük verəcəyəm. Təkcə ona görə yox ki, ən yüksək təqaüdü - 74 min ABŞ dollarını məhz onlar təklif edir. Həm də ona görə ki, ABŞ-da ixtisas seçimi tələb olunmur. Tələbənin hərtərəfli yetişməsi üçün ən ideal təhsil şəraiti yaradılır”.

 

Cavid Əlizadə insanalrın tez-tez ondan hansı ixtisas almaq niyyətində olduğunu soruşduqlarını deyir. Amma cavabında o ixtisasa deyil, elmə bağlı olduğunu bildirir:

“ABŞ-da məni ən çox cəlb edən məsələlərdən də biri məhz budur. Mən, sadəcə, ixtisaslı mühəndis, yaxud iqtisadçı olmaq niyyətində deyiləm. Mən həyatımı tamamən elmə, elmi araşdırmalara sərf etmək niyyətindəyəm. Bu səbəbdən də ABŞ-ın təhsil şərtləri mənə cəzbedici gəlir”.

 

Cavid Əlizadə hələ Britaniya kollecində təhsil aldığı dönəmdə çoxlarının örnək götürə biləcəyi tələblərə şahid olduğunu deyir:

“Orada mükəmməl təhsillə yanaşı, yetişməkdə olan gəncin işə, zəhmətə vərdişkar olması üçün çox vacib addımlar atılır, tələblər irəli sürülür. Amma heç bir karyera mənim vətən, yurd sevgimi zərrə qədər də olsa, zədələyə bilməz. Mən Azərbaycana çox bağlıyam”.

 

Qeyd edək ki, C.Əlizadə həm də xarici dil vərdişlərini gücləndirmək niyyətindədir.Hazırda ingilis, rus və qismən də ispan dillərində sərbəst yazıb danışan gənc istedad istifadə etdiyi dillərin sayını artırmaq niyyətindədir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol