"Erməni icması zaman-zaman Azərbaycanı qəsb etdi”

15:41 24-04-2019 | icon 428 | Qarabağ
"Erməni icması zaman-zaman Azərbaycanı qəsb etdi”

Aydın Mirzəzadə: "Azərbaycan yeganə dövlətdir ki, Qarabağ problemini dünya siyasətinin gündəmində saxlaya bilir"

 

Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ problemi ilə bağlı ötən illər ərzində aparılan danışıqlar prosesinin nəticəsini təhlil etsək, görərik ki, Azərbaycan bu məsələdə öz prinsipial mövqeyindən geri çəkilməyib.

 

Versus.Az oxu.az-a istinadən bildirir ki, bunu açıqlamasında politoloq, millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

 

“Ancaq gəlin bu yerdə tarixə ekskursiya edək. Ötən əsrin əvvəllərində ermənilər bu torpaqlara, bu ərazilərə köçürüldü, 1840-cı ildə erməni vilayəti yaradıldı. 1918-ci ildə Azərbaycanın tarixi ərazisi olan İrəvan ermənilərə verildi.

Daha sonra Göyçə-Zəngəzur ermənilərə verildi, 1929-cu ildə Mehri rayonu Ermənistana birləşdirildi. Bundan sonra zaman-zaman min hektarlarla ərazilərimiz ermənilərə, Ermənistana verildi.

Erməni icması zaman-zaman Azərbaycanı qəsb etdi”, - deyən millət vəkilinin sözlərinə görə, 31 il öncə Azərbaycan xalqı öz dirənişini göstərib.

 

“1988-ci ildə Azərbaycan xalqı ayağını dirədi ki, torpağımı vermirəm. O dövrdən indiyə qədər erməniləri, Ermənistanı dəstəkləyən dairələrin, ölkələrin təzyiqlərinə baxmayaraq, Azərbaycan ərazi bütövlüyü məsələsindən geri çəkilmir.

Eyni zamanda, Dağlıq Qarabağ kimi problemlər dünyada onlarladır, ancaq onların içərisində Azərbaycan yeganə dövlətdir ki, Qarabağ problemini dünya siyasətinin gündəmində saxlaya bilir, böyük dövlətlər bu məsələyə vaxtaşırı münasibət bildirir.

Ümumi nəticə bundan ibarətdir və üzü yüz illərdən günümüzə qədər gələn problemin qısa zamanda həll edilməsi, göründüyü kimi, mümkün olmur. Amma Azərbaycanın qətiyyəti, cənab prezidentin düşünülmüş siyasəti, güclü daxili və xarici siyasət öz nəticəsini verir ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanın özündə həmin ölkə tərəfindən Azərbaycan torpaqlarının işğal olunması etiraf edilir.

Artıq Ermənistan silahlı qüvvələrinin Azərbaycan orsusundan zəif olduğunu və hücuma keçmək iqtidarında olmadığı etiraf edilir. Hesab edirəm ki, bunlar Azərbaycanın mövqeyinin nəticəsidir və bizim danışıqlar prosesində üstünlüyümüzdür”, - deyə A.Mirzəzadə əlavə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”