Diaspor təşkilatları tənqid edildi

15:56 24-04-2019 | icon 395 | Siyasət
Diaspor təşkilatları tənqid edildi

Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu, yanlışdır.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən  “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbirdə Baş nazirin müavini, adıçəkilən partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

 

YAP sədrinin müavini bildirib ki, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar.

“Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur.

Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək”, - deyən Ə.Əhmədov qeyd edib ki, keçmiş SSRİ hökuməti tərəfindən azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirilib.

“Bununla bağlı rəsmi sənədlər var. SSRİ-nin deportasiya siyasəti ilə bağlı digər xalqlar beynəlxalq səviyyədə məsələlər qaldırıblar.

Ermənilərə qarşı bu vasitədən də istifadə etməliyik”, - deyə Ə.Əhmədov əlavə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı