Vətənsevərlik nədən başlanır?

18:45 16-06-2017 | icon 789 | Köşə
Vətənsevərlik nədən başlanır?

PAKİZƏ BABAZADƏ

Əsas məzmunu Vətənə sonsuz məhəbbət, bütün qəlbi, əməli ilə onun mənafeyinə xidmət etməkdən ibarət olan, ən yüksək mənəvi-ictimai hiss kimi dəyərləndirilən  vətənpərvərliyin əsas mahiyyəti öz taleyini xalqının, torpağının taleyindən ayrı dərk etməməkdir.

Hər bir insanın Vətəninə, xalqına layiq vətəndaş olması isə onun milli mənlik şurundan, əxlaqi mədəniyyətindən asılıdır: ”…xüsusilə, bizim kimi siyasi düşmənləri çox olan millət üçün ən böyük istinadgah Vətən əxlaqı ola bilər. Vətən əxlaqı qüvvətli olmazsa, nə müstəqilliyimizi,  nə azadlığımızı, nə də Vətənimizin bütövlüyünü qoruya bilərik”.

Tariximizi bilən hər bir şəxsə məlumdur ki, əxlaqi keyfiyyətlər baxımından biz həmişə başqalarına örnək olmuşuq. “Türk tarixi başdan-başa əxlaq üstünlüklərinin sərgisidir” – deyən türkçülüyün ideoloqu Ziya Gögalp, türklərin ən çox vətən əxlaqına sahib olduqlarını qeyd edir. Onun fikrincə, Vətən əxlaqı ən ümdə əxlaqdır. Türklərdə Vətən əxlaqının lap qədimdən qüvvətli olduğunu bildirən  Gögalp,  böyük Hun hökmdarı Metenin ondan kiçik bir torpaq parçasını istəyən düşmənə verdiyi cavabı bu əxlaqın ən bariz nümunəsi kimi səciyyələndirir:

”Vətən bizim mülkümüz deyildir, məzarda yatan atalarımızın və qiyamətə qədər doğulacaq körpələrimizin bu mübarək torpaq üzərində haqları vardır. Vətəndən – istər bir qarış qədər olsun yer verməyə heç kəsin haqqı yoxdur.”

Elə məhz bu yüksək əxlaqi keyfiyyətlərinə görə də irəli görüşlü, qəhrəman, cəngavər millət olan türklər, “təmiz bir fitrətə sahib olmaları” səbəbiylə şərq dünyasındakı digər millətlərin hərb dövrlərində uğradığı əxlaqi və ictimai fəlakətlərdən qorunmuşlar.

Vətənsevərlik bir vasitə deyil, qayədir, bir dünyagörüşü və düşüncə sistemidir.Vətənsevərlik türk millətinin sahib olduğu bütün milli dəyərlərlə bərabər, əbədiyyətə qədər yaşatma və ucaltma idealıdır. Bu ideal soyu, tarixi, törəsi, dili və mədəniyyəti eyni olub, bütün yer üzünün çeşidli yerlərinə dağılmış olan milyonlarca türkü bölünməz bir bütün olaraq görür. Bu həm də vətənini, millətini sevən hər bir türkün qürur və şərəf məsələsidir.

Vətənsevərlik, millətin təşəkkülünü formalaşdıran soy, dil, mədəniyyət, din, tarix kimi mənəvi amilləri şüurlu olaraq mənimsəmək, millət və ona aid bütün dəyərləri şüurlu olaraq sevmək və bunları qoruyub saxlamağa çalışmaqdır.

Tanınmış türk alimi N.Hacıeminoğluya görə türk vətənsevərliyi üç təməl üzərində qurulur: bilgi, kültür və duyğu.

Bilgi təməli, öncə türk tarixini bir bütün halında öyrənməklə atılır. Tariximiz, görkəmli şəxsiyyətlərimiz tam olaraq tanıdılmalıdır. Millətimizi əsrlərdir ayaqda tutan nizam-intizam əsasları tapılmalıdır. Sonra isə dost və düşmən tanıdılmalıdır.

Kültür təməli isə millətə aid bütün maddi və mənəvi dəyərlərin bilinib mənimsənilməsi deməkdir. Və bu dəyərlərin hamısının  öyrənilib, sevilməsi şərtdir.

Üçüncü təməl isə duyğu təməlidir ki,  alimə görə bu, ən əsasıdır. İnsan millətini və ona aid olan dəyərləri şüurlu surətdə sevməlidir. Bu məsələdə qürur sahibi olmalıdır. Qəhrəmanlıq örnəyini tarixindən almalı, özgələrdən çox öz  millətinin dəyərlərinə heyran olmalıdır. Həm də bu duyğu fərdlərə çox kiçikkən aşılanmalıdır. Alimin fikrincə, bu işdə ən böyük məsuliyyət ailənin üzərinə düşür. Məktəb və cəmiyyət isə sonra gəlir. Alim son olaraq bildirir ki, türkü “Türk”edən tarix şüuru və idealı hər şeyin üstündədir. Dövlətdən də, vətəndən də, bayraqdan da öncə gəlir: Hər şey türkə görə, türk tərəfindən, türk ilə türk üçün olsun…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI