Muğam Mərkəzində dahi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

08:30 25-04-2019 | icon 454 | Mədəniyyət
Muğam Mərkəzində dahi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti baş tutub.

 

Muğam Mərkəzindən Versus.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov cıxış edərək, Nəsimi poeziyasının dərinliyindən söhbət açaraq, müsabiqənin məqsədləri və əhəmiyyəti haqqında danışdılar, tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Sonra “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsində I, II və III yerlər tutan tələbələrə diplomlar və pul mükafatları təqdim edilib.

 

Mükafatlandırma mərasimindən sonra baş tutan ədəbi-musiqili konsertdə xalq artisləri Gülyanaq Məmmədova və Teyyub Aslanovun ifasında İmadəddin Nəsiminin qəzəllərindən ibarət muğam parçaları, eləcə də müsabiqə qalibləri və laureatları olan tələbələrin ifasında dahi şairin şerləri səslənib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı