Ermənilərin növbəti həyasızlığı

12:58 25-04-2019 | icon 556 | Geopolitika
Ermənilərin növbəti həyasızlığı

Xarici İşlər Nazirliyi ABŞ-ın Kolorado ştatının senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.

 

Versus.Az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva trend-in sorğusuna cavab olaraq bildirib ki, 24 aprel tarixində Kolorado ştatının 35 nəfərlik senatı qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan və qondarma "artsaxın" Türkiyə və Azərbaycan tərəfindən "blokadasına" istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni "xristian irsinin" mədəni soyqırmının törədildiyi iddia edilir:

 

"Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadın guya həmin qurumun tanıması kimi təqdim etməyə cəhd edib. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun "dövlət" kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir".

L.Abdullayeva bildirib ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur:

Nazirlik rəsmisinin sözlərinə görə, ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı