Xərçəngə qarşı ilk antibiotik yaradıldı

17:24 25-04-2019 | icon 558 | Maraqlı
Xərçəngə qarşı ilk antibiotik yaradıldı

Beynəlxalq alim qrupu ilk dəfə olaraq şişə qarşı maddəni kedarsidinlə sintez edib. Bu birləşmə şişli hüceyrələrə qarşı mübarizədə effektivdir, həmçinin, antibiotiklərə davamlı olan bakteriyaları məhv edə bilir.

 

Versus.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Phys.org saytında press-reliz dərc olunub.

 

Tədqiqatçılar kedarsidinin molekulyar strukturunu təbiətdə aşkarlanmasından 10 il sonra müəyyənləşdirə bilib. Birləşmə 30 il əvvəl Hindistanda torpaqdan götürülmüş nümunələrdən hasil edilib.

 

Məlum olub ki, bu birləşmə yüksək bioloji aktivliyə malikdir, mikroorqanizmlərin hüceyrələrində və xərçəng hüceyrələrində DNT-nin zədələnməsinin qarşısını alır, onların davamlı inkişafının qarşısını alır. Ancaq strukturunun mürəkkəb olmasına görə, alimlər uzun müddət onu laborator şəraitdə əldə edə bilməyib.

 

Mütəxəssislərin fikrincə, əldə olunmuş nəticələr yeni nəsil antibiotiklərin və bədxassəli şişlərə qarşı agentlərin yaradılmasına kömək edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR